По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Художественная литература


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Hüseynov Heydər : Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən
Heydər Hüseynov bu kitabda xıx əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan mütəfəkkirlərindən Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy və Həsən bəy Zərdabinin dünyagörüşünü ustalıqla təhlil etmiş, bütövlükdə Azərbaycan fəlsəfə tarixinin sistemli tədqiqinin elmi əsasını yaratmışdır.
Qədirzadə Hacı Qadir : Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı
Monoqrafiyada dünya-insan münasibətləri, Qurani-Kərimdə, Hədisi şəriflərdə, bir sıra seçkinlərin baxışlarında məsələyə münasibət, həmçinin insanın daxili aləmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılır.
Naxçıvani Nemətullah : Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə
Kitabda görkəmli təfsir alimi Nemətullah Naxçıvaninin "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" əsərinin bir hissəsi tərcümə olunaraq verilmişdir. Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyənin elm tarixində mühüm yer tutur. Bu cilddə on üç surənin izahı verilmişdir.
Naxçıvani Nemətullah : Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə
Kitabda görkəmli təfsir alimi Nemətullah Naxçıvaninin "Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə" əsərinin bir hissəsi tərcümə olunaraq verilmişdir. Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-üll-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyənin elm tarixində mühüm yer tutur. Bu cilddə iyirmi surənin izahı verilmişdir.
İbrahimov Hacı Səbuhi : Hacı Molla Məhəmməd Naxçıvaninin "Səhabəd-Dümü əsərində fəlsəfi düşüncələr I-II cild
Əsərdə əsasən Məhəmməd(s) peyğəmbərin nəvəsi imam Hüseynin cəsarətli döyüşü, ölməz qəhrəmanlığı və şəhidlik zirvəsinin müqəddəsliyini özündə əks etdirən Kərbala hadisəsi maraqlı epizodlarla verilmişdir.
Rzayev Məmməd : Müasir şəxsiyyət (sosial-fəlsəfi təhlil)
Monoqrafiyada şəxsiyyət probleminin kompleks sosial - fəlsəfi təhlili verilir,onun müasir xarakterinin səciyyəvi cəhətləri araşdırılır.Ölkəmizdə milli müstəqillik şəraitində gedən sosial proseslərin müasir şəxsiyyətin formalaşmasına və inkişafına göstərdiyi təsirin əsas istiqamətləri açıqlanır,vətəndaş cəmiyyəti və hüquqi dövlətin yaradılması prosesində şəxsiyyətin siyasi, iqtisadi və mənəvi fəallığının artdığı, onun azadlıq və məsuliyyətinin yeni səviyyəyə yüksəldiyi fikri əsaslandırılır.
İbrahimov Hacı Səbuhi : Naxçıvan milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması
Naxçıvan milli-mənəvi sərvəti olan əlyazma mətnləri tarixin həqiqi yaddaş reallığını özündə əks etdirir. Azərbaycanın ayrılmaz vilayət məkanı olan doğma Naxçıvan, öz zəngin tarixi-keçmişi və ədəbi-mühiti ilə dünya sivilizasiyasının önündə gedir.
İbrahimov Səbuhi : Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri
Monoqrafiya qaynaqları keçmiş yüzilliklərin dərin qatlarına gedib çıxan Naxçıvana dair əlyazma mətnlərinin filoloji-tekstoloji tədqiqinə həsr edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Nemətullah Naxçıvani: taleyi və sənəti
Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr edilən “Baba Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitabda "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Sərəncamı, AMEA-nın Naxçıvan bölməsinin əməkdaşlarının Nemətullah Naxçıvaninin elmi fəaliyyəti, dövrü və mühiti, onun Türkiyə kitabxanalarında saxlanılan əsərləri və s. haqqında məqalələr verilmişdir.
İbrahimov Səbuhi : Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi
Monoqrafiya XV əsrin görkəmli nümayəndəsi təsəvvüf və təfsir alimi Baba Nemətullah Naxçıvaninin fəlsəfi görüşlərinə dair bəzi qeydlərin araşdırılması və təhlil edilməsi istiqamətində aparılan tədqiqat sahələrindən xəbər verən əhəmiyyətli bir mənbədir.