По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Художественная литература


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Mirzəzadə Reyhan : A.S.Qriboyedov: şair-diplomat
Kitabda A.S.Qriboyedovun həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilmişdir.
Rəsulova Gülarə (tərtib edən) : Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı
Soraq kitabında tanınmış tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin tərcümeyi-halının əsas məqamları verilmiş, bu vaxtadək nəşr olunmuş məqalə və resenziyalarının, müəllifi, redaktoru və tərtibçisi olduğu kitabların, tərcümələrinin, rəhbərliyi altında hasilə yetən namizədlik və doktorluq əsərlərinin biblioqrafiyası öz əksini tapmışdır.
Babaxanlı Gülbəniz : Azərbaycan ədəbi fikri və Hüseyn Cavid
Filologiya üzrə fəlsəfə doktoru, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil obyektinə çevirir.
Qasımov Ramiz, İsmayıl Zülfiyyə : Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası
Monoqrafiyada Azərbaycan ədəbiyyatında ana xətt kimi keçən milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs edilir. Azərbaycançılığın milli məfkurə kimi səciyyəsi, habelə məzmun və siyasi cəhətdən yetkinləşməsi və bitkinləşməsində müdrik lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər əsərdə özünə yer tapır.
Həşim Əli : Azərbaycan tarixi nəsrində Naxçıvan
Monoqrafiyadan Azərbaycan ədəbiyyatında tarixi nəsrin inkişaf yolu izlənmiş, tarix, müasir gerçəklik və yazıçı mövqeyi konteksindən yanaşaraq tarixi mövzulu roman, povest və hekayələrdə dövr, hadisələr və şəxsiyyətlər problemi tədqiq olunmuşdur. Eyni zamanda mövzusunu Naxçıvan həyatından alan və süjet xəttinin müəyyən məqamlarında Naxçıvan tarixindən bəhs edən əsərlərdə Naxçıvan tarixinin müxtəlif dövrlərinin əski məsələləri müvafiq tarixi mənbələrlə müqayisəli şəkildə öyrənilmişdir.
Süleymanov Oljas : Az-Ya
Çağdaş türk dünyasının tanınmış şəxsiyyəti, şöhrətli qazax şairi Oljas Süleymenovun "Az-Ya" əsərinin I hissəsində "İqor polku dastanı"ndakı türk mənşəli sözlərə-Dastan mətninə XI-XII əsrlərdə daxil olmuş və sonradan slavyan mənşəli deyə qəbul edilən türkizmlərə aydınlıq gətirilir."Şumernamə"adlanan II hissədə isə türk-şumer əlaqələri, ən qədim türk dövrüylə əlaqəli bir sıra dil məsələləri, mifoloji anlayışla, tarixi adlar araşdırılır,türk dillərinin mənşəyi və təsnifi problemlərinin hələ də həllini tapmadığı göstərilir.
Əliyev Kamran : Bədii əsərlər, publisistika
Kitabda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran İmran oğlu Əliyevin müxtəlif illərdə yazdığı hekayə, povest və şeirləri, o cümlədən "Sədərək döyüşləri" kitabı və publisistik əsərləri toplanmışdır.
Mirzəzadə Reyhan : Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov
Kitabda dünya şöhrətli rus yazıçısı, dramaturqu və şairi İvan Andreyeviç Krılovun həyat və yaradıcılığından bəhs olunur.
Turan Azər : Cavidnamə
Azər Turanın təqdim olunan bu kitabında Hüseyn Cavidin ömür yolu, yaradıcılığının tarixi, elmi, ədəbi, teoloji qaynaqları və s. araşdırılır.
Babaxanlı Gülbəniz (tərtibçi-müəllif) : Cavidşünaslıq
Toplunun I sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912- 1930- cu illərdə çap olunmuş məqalə, resenziya, mühakimə və müzakirə mətnləri, şeirlər və s. daxil edilmişdir. Müəlliflər arasında Məhəmməd Hadi, Kantəmir, M.S.Kirimanşahlı, İbrahim Xəlil, Əli Nazim, Kazımoğlu,Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Əmin Abid kimi tanınmış ədəbiyyat xadimləri vardır.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8