По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Художественная литература


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Ələkbərli Oqtay (layihənin rəhbəri) : "Kitabi-Dədə Qorqud" ensiklopediyası
Ensiklopediyanın bu cildinə abidənin daha qədim və mükəmməl sayılan Drezden nüsxəsi əsasında latın qrafikası ilə hazırlanmış mətni daxil edilmişdir. Cilddə mətnin tərtib prinsipləri, dastanın lüğət tərkibi, semantik xüsusiyyətləri, orfoqrafiya sistemi haqqında məqalələrin verilməsi mətnin daha yaxşı başa düşülməsinə kömək edir.
Ələkbərli Oqtay (layihənin rəhbəri) : "Kitabi-Dədə Qorqud" ensiklopediyası
Ensiklopediyanın bu cildi bilavasitə ensiklopedik səciyyəli məqalə və məlumatları əhatə edir. Burada verilən bir sıra məqalələr elmi-tədqiqat xarakteri daşıyaraq qorqudşünaslıq tarixində ilk dəfə çap olunur. Cilddə həmçinin "Kitabi-Dədə Qorqud"un tədqiqi ilə məşğul olan alimlər haqqında qısa bioqrafik xarakterli məlumatlar verilmiş, onların sırf dastanla bağlı araşdırmaları nəzərə çatdırılmışdır.
Bəydilli Cəlal (tərtib edən) : Atalar sözü
Kitabda Azərbaycan atalar sözlərinin toplanması və nəşri sahəsində yüz ildən artıq bir dövr ərzində göstərilən zəngin fəaliyyətin başlıca nəticələri əhatə olunur. Kitabın sonuna yazılı qaynaqlardan seçmə atalar sözləri əlavə edilibdir.
Abdulla Bəhlul (tərtib edən) : Azərbaycan bayatıları
Bayatılar Azərbaycan şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata da keçmişdir. Obrazlarının yeniliyi, qeyri-adiliyi ilə səciyyələnən, hikmət yükü ağır, məna və mətləbcə zəngin olan həmin nadir sənət inciləri həm də musiqi ilə əlaqədardır.
Təhmasib Məmmədhüseyn (tərtib edən) : Azərbaycan dastanları
Bu cildə haqq aşığı Qurbani haqqında rəmzi-məcazi səciyyəli "Qurbani", astral məzmunlu "Tahir və Zöhrə", "Dədə Qorqud dünyası ilə çox yaxından səsləşən "Novruz", ailə- məişət mövzulu "Alı xan", eləcə də qəhramanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan "Lətif şah" kimi çox sevilən, xalqın duyğu və düşüncələrini tərənnüm edən dastanlar daxil edilmiş.
Təhmasib Məmmədhüseyn (tərtib edən) : Azərbaycan dastanları
Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. Təqdim olunan cildə daxil edilmiş, xalq içərisində sevilib geniş yayılan "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Leyli və Məcnun" və s. dastanlar bu qəbildəndir.
Axundov Əhliman (tərtib edən) : Azərbaycan dastanları
Azərbaycan xalq dastanlarının bu cildində əsrlərin sınağından çıxaraq xalqımızın mənəvi aləminin, bədii təfəkkürünün, estetik zövqünün zənginləşməsində müstəsna rol oynamış, mövzuca rəngarəng dastan nümunələri toplanmışdır.
Təhmasib Məmmədhüseyn (tərtib edən) : Azərbaycan dastanları
"Azərbaycan dastanları" nın təqdim olunan cildi mükəmməl aşıq-dastançı ənənəsinin məhsulu kimi meydana çıxmış "Koroğlu" eposunu əhatə edir. Aşıq sənətinin möhtəşəm əsəri kimi bu dastan mənsub olduğu xalqın əxlaqına, mənəviyyatına təsir göstərmişdir.
Axundov Əhliman (tərtib edən) : Azərbaycan dastanları
"Azərbaycan dastanları"nın bu cildində müasir dastanlardan şair Nəbi Kəlbəcərlinin "Dilsuz və Xəzangül"ü, Aşıq Əli Köçəsgərlinin "Şahzadə Bəhrəm"i ilə "Fərhad və Şirin"i ilə yanaşı, kökünü əsasən xalq dastanlarından alan, təkmilləşmə xüsusiyyətlərini yaşadıb-qoruyan "Şahzadə Seyfəlmülük və Bədiəlcamal", "Aşıq Alı" kimi dastan nümunələri daxil edilmişdir.
Cəfərli Məhərrəm : Azərbaycan dastanlarının struktur poetikası
Bu monoqrafiya Azərbaycan dastanşünaslığına ciddi töhfədir. Ümumtürk dastançılıq ənənəsində dastanlarımızın yeri, genezisi, folklor mətni kimi strukturu, obrazlar sistemi, dastan-mif əlaqələri və başqa məsələlər elmi-nəzəri dəlillərlə şərh edilir.
1 - 2 - 3 - 4 - 5