По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Культура. Наука. Образование


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Zamanov Kamil(tərtib edən) : 120 yaşlı məktəb
Kitabda əsası 1885-ci il sentyabr ayının 20-də qoyulan Şərur rayonundakı Cəlilkənd orta məktəbinin şərəfli inkişaf yolundan bəhs edilir.
Zeyniyev Novruz : Ətraf aləmlə tanışlığın tədrisi metodikası
Təqdim olunan dərslik orta ümümtəhsil və ali məktəblərdə tədris olunan “Ətraf aləmlə tanışlığın tədrisi metodikası” fənninin kurikulumuna əsasən yazılmışdır.
Zeyniyev Novruz : Həyat bilgisi və onun tədrisi metodikası
Təqdim olunan dərslik orta ümümtəhsil və ali məktəblərdə tədris olunan “Həyat bilgisi” fənninin kurikulumuna əsasən yazılmışdır.
Xəlilov Fərman : Maarif fədaisi: Həsən bəy Qazıyev
Kitabda Azərbaycan Respublikasının əməkdar müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyəti işıqlandırılır. Bir maarif xadimi kimi onun xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.
Eyvazlı Həsənəli : Milli kurikulum yeni təlim metodlarında
Metodik vəsaitdə Azərbaycan Respublikasında Ümumi Təhsil konsepsiyasının milli və bəşəri dəyərlər prinsiplərinə istinad olunaraq müxtəlif vaxtlarda çap olunmuş tədqiqat xarakterli kitablara, metodik vəsaitlərə və məqalələrə, eyni zamanda kurikulumun ümumi prinsiplərini özündə əks etdirən “Kurikulum” elmi- metodik jurnala istinad edilmişdir.
Babayev Rafael (Texniki redaktoru və kompüter tərtibatı) : Naxçıvan Tibb məktəbi
Bu kitabda Naxçıvan Tibb məktəbinin açılış mərasimi və foto şəkilləri verilmişdir.
Cəfərov Fəxrəddin, İsmayılova Zülfiyyə : Naxçıvanın məktəb tarixindən səhifələr
Kitabda elm aləminə həmişə layiqli töhvələr vermiş Naxçıvanda maarif məsələlərinə xüsusi diqqət göstərildiyi və bölgədə məktəb tarixinin əhəmiyyətli bir mərhələsi olan qəza məktəblərinin açılması qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu  : Pedaqoji fikir tarixindən
Kitabda ABŞ-ın 16-cı prezidenti Avraam Linkolunun oğlunun müəlliminə yazdığı məktub, Uşinskinin, Çernyayevskinin və Suxomlinskinin pedaqogikaya yanaşmaları, Maksim Qorkinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin və başqalarının əsərlərindən pedaqogikaya aid seçmələr verilmişdir.
Eyvazlı Həsənəli : Pedaqoji təcrübənin müasir tələblər baxımından təşkili və keçirilməsi
Kitabda yeni təhsil islahatının tələblərinə uyğun müxtəlif ixtisaslar üzrə dərs nümunələri, qiymətləndirmə, qiymət meyyarları, ümumiyyətlə, təcrübəçi tələbəyə aid bütün normativ təlimatlar və ümumi qaydalar öz əksini tapmışdır.