По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Естественные науки


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Bababəyli Nazim, İmat Fatih, Fətəliyeva Aytən : Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı
Kitabda ərazinin təbii iqlim şəraiti, oroqrafiyası, geoloji quruluşu və geomorfologiyası, torpaqları, bitki örtüyü və heyvanlar aləmi, ekocoğrafi şəraiti və landşaftı haqqında məlumatlar göstərilmişdir.
Rasizadə Artur (redaksiya heyətinin sədri) : Azərbaycan Respublikası. Milli Atlas
Kitab ümumi proqram üzrə vahid əsasda hazırlanmış xəritələrin sistemli məcmusundan ibarət elmi-məlumatlı əsərdir. Xəritələrdən başqa cədvəllər, qrafiklər, diaqramlar, Azərbaycanın illüstrasiyalı slaydları verilmişdir. Atlasda ölkənin siyasi-inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizm haqqında məlumatlar verilmişdir. 19 bölmədən ibarət olan Atlas 800-dən çox müxtəlifmiqyaslı, respublika və regionallar üzrə xəritələri ehtiva edir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti  : Duzdağ duz mədənləri
Kitabçada Duzdağ duz mədənlərinin xəritə və planları verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti  : İstirahət parkları və meydanlar
Kitabda Naxçıvan Muxtar Respublikasında yeni yaradılmış və yenidən qurulmuş istirahət parkları və meydanların planları və fotoşəkilləri verilmişdir.
Babayev Səfərəli : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabda Naxçıvan MR-in fiziki coğrafiyasının öyrənilməsinə, ərazisi, sərhədləri, coğrafi mövqeyinə, təbii şəraitinə, onun ayrı-ayrı komponentlərinə, landşaftına, təbii sərvətlərinə, onlardan istifadə məsələlərinə, təbiəti mühafizələrinin vəziyyətinə dair ətraflı məlumat verilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabın bu cildində zəngin təbii şəraitə və ehtiyyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilmişdir. Əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və onlar geniş şərh edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabın bu cildində zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafik potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri verilmişdir. Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi -coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzubati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.
Kərimov K.M. (baş redaktor) : Naxçıvan Muxtar Respublikasının geoloji-geofiziki və faydalı qazıntılar xəritələri
Naxçıvan Muxtar Respublikasının təqdim edilən bu atlası böyük həcmdə ilk dəfə tərtib edilir. Atlasda son illərə qədər onlarla təşkilat tərəfindən aparılmış bütün geoloji-geofiziki tədqiqatların nəticələri əks etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası  : Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsü
Kitabçada Naxçıvan Muxtar Respublikasının Muxtar Respublika tabeli şəhər və rayonları haqqında məlumat verilmişdir.
Yusifov X.M., Rəhmanov R.R. : Naxçıvan Muxtar Respublikasının neft-qazlılıq perspektivliyi
Kitabda Naxçıvan Muxtar Respublikasının ərazisində yayılan çöküntülərin mövcud geoloji-geofiziki materiallar əsasında litofasial, struktur-tektonik xüsusiyyətləri, paleotektonik toplanma şəraitləri verilir və ərazinin neft-qazlılıq perspektivliyi elmi cəhətdən əsaslandırılır.
1 - 2