По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Социальные и гуманитарные науки


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Hüseynov Xəzər : "Azərbaycan İkinci Dünya müharibəsi dövründə" mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə üzrə işin sistemi
Azərbaycan İkinci Dünya müharibəsi dövründə mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə üzrə işin sistemi adlı metodik vəsaiti orta ixtisas, ali və ümumtəhsil məktəblərinin müəllimələri, tələbə və magistrlərinə doktorant və elmi işçilərə kömək məqsədi üçün nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu  : "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi - coğrafi və etnoqrafik atlas
Tarixi-coğrafi və etnoqrafik atlasda Naxçıvan Muxtar Respublikası ərazisində "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı yer adları və dastanda işlədilmiş bəzi sözlərin etnoqrafik təhlili öz əksini tapmışdır.
Həsənov Əli (elmi redaktor və məsləhətçi) : "Erməni soyqırımı": mif və gerçəklik
Kitabda hamıya məlum olmayan faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatları konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif ifşa edilir.
Səfərli Hacıfəxrəddin : "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Azərbaycan hətta qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının əhalisi, bölgəyə müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən hörmətlə ziyarət edilən, adı "Qurani-Kərim"də xatırlanan Əshabi-Kəhf ziyarətgahından bəhs edilir. Əsərdə orta əsr qaynaqlarına, tarixi və etnoqrafik faktlara, tədqiqatçıların fikirlərinə əsaslanaraq "Qurani-Kərim"in "əl-Kəhf" surəsində haqqında bəhs edilən Əshabi-Kəhfin Naxçıvan şəhərinin şərq tərəfində yerləşən müqəddəs yer - Əshabi-Kəhf olması fikri vurğulanır.
Qədirzadə Hacı Qadir : "Kitabi-Dədə Qorqud" və Naxçıvan:qarşılaşdırmalı etnoqrafik motivlər
Monoqrafiyada "Kitabi-Dədə Qorqud" boylarında adətlər, inanclar, ailə məişət münasibətləri, onların Naxçıvan paralellərindən, "Bilqamıs" dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətlərdən bəhs edilir.
Malevil Jorj dö : 1915-ci il erməni faciəsi
Kitabda uydurma erməni soyqırımı tarixi həqiqətlərə arxalanaraq ifşa edilir.
Əliyev Nail : 1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə
Bu kitab xalqımızın həyatında baş vermiş soyqırımlar və deportasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar olduqları müsibətlərdən söhbət açır.
Baxşəliyev Vəli : 2017-ci ildə Naxçıvanın arxeoloji tədqiqi
Kitabda 2017-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Naxçıvan təpə, Kültəpə, Uçan ağıl, Qızqala yaşayış yerlərində aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilmişdir. Arxeoloji tədqiqatlar Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə imkan vermiş, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başladığını təsdiq etmişdir.
Qədirzadə Hacı Qadir : Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr
Monoqrafiyada Naxçıvanda mövcud olan bir sıra adət və inamların tarixiliyi araşdırmaqla bərabər, digər türk xalqları arasındakı ortaq cəhətlər müəyyən edilmişdir. Problemlə bağlı mübahisəli məsələlərə açıqlama verilmişdir.
Babaoğlu Hikmət : Akdamardan Sarı Gəlinədək erməni yalanı
Kitabda ermənilərin Azərbaycan xalqının tarixinə maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqdan bəhs edilir, erməni yalanları əsaslı elmi arqumentlərlə alt-üst edilir, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilir. Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini-ideoloji kataklizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil edilir, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb edilir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15