По указу Председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, 17 февраля 2011 года был создан Центр Нахчывановедения Верховного Меджлиса Нахчыванской Автономной Республики.
     

    Естественные науки


А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Щ Э Ю Я

Əliyev Məftun, Kazımova Səkinə : (CD3)2CDOH molekulunun trans-konformerinin mikrodalğa spektri
Kitabda qaz fazasında çoxatomlu molekulların fırlanma spektrlərinin tədqiqatların nəticələri fırlanma və rəqsi-fırlanma sabitlərinin müəyyən edilməsində, aşağı tezlikli rəqslərin və fırlanma relaksiyalarının öyrənilməsində, çoxatomlu molekulların konformasiya, struktur, elektrik, relaksiya parametrlərinin tapılmasında zəruriliyi haqqında məlumat verilmişdir.
Vəliyev S.H., Əliyev İ.B. : Cəbr və ədədlər nəzəriyyəsindən məsələlər
Bu dərs vəsaiti pedaqoji ali məktəblərdə "riyaziyyat", "riyaziyyat və informatika" ixtisası üzrə bakalavr pilləsində tədris olunan "Cəbr və ədədlər nəzəriyyəsi" fənninin yeni proqramına uyğun yazılmışdır. Vəsait 8 fəsildən ibarətdir və fənnin məntiq və çoxluqlar nəzəriyyəsinin elementləri, cəbrlər, tam ədədlər halqasında bölünmə münasibəti, əsas ədədi funksiyalar, tutuşdurmalar, məchullu tutuşdurmalar, bir və çox dəyişəndən asılı çoxhədlilər bölmələrini əhatə etməklə proqramın bütün tələblərini ödəyir.
Hüseynəliyev Məmməd : Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası
Monoqrafiyada spektroskopik ellipsometriyanın nəzəri əsasları ətraflı şərh olunmaqla yanaşı, nazik təbəqənin qalınlığının, materialın optik sabitlərinin, səthdə və aralıq qatda komponentlərin faizinin tapılması, yarımkeçirici qarışıqda tərkib analizi məsələlərinə aydınlıq gətirilmişdir.
Vəliyev Rövşən, Novruzov Azad : Həndəsə məsələləri
Metodik vəsaitdə prizmanın, piramidanın səthinin sahəsinin hesablanmasına, çoxüzlülərin müstəvi kəsiklərinin qurulmasına və düzgün çoxüzlülərə aid məsələlərin həlli riyaziyyat proqramının tələblərinə müvafiq olaraq şagirdlərin bilik bacarıq vərdişləri nəzər alınmaqla verilmişdir.
Məmmədov Əbülfəz : Metrik fəzalar
Bu dərs vəsaitində funksional analiz fənninin əsas bölmələrindən olan metrik fəzalar nəzəriyyəsi ətraflı öyrənilmişdir. Metrik fəzalar nəzəriyyəsinin funksional analizdə yeri göstərilmiş, metrik fəzaya verilən iki müxtəlif təriflərin ekvivalentliyi isbat edilmiş, metrik fəzalara aid bir sıra müxtəlif növ məsələlər verilmişdir.
Məmmədov Vaqif (tərtib edən) : Nəsirəddin Tusi və müasirlik
Kitabda Şərqin böyük dühası Xacə Nəsirəddin Məhəmməd Tusinin çox şaxəli həyat yoluna nəzər salınmış, Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əliyevin ''Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında'' müvafiq fərmanından sonra Azərbaycanda və o cümlədən Naxçıvan Muxtar Respublikasında Tusi irsinə diqqətin daha da artmasından bəhs olunmuşdur.
Eminov Miryasin, Namazov Məhəmməd : Qeyri müəyyən inteqral hesabı
Bu dərs vəsaitində qeyri müəyyən inteqralın tərifi, xassələri, inteqrallama cədvəli və inteqrallama metodları verilmişdir. Buraya bilavasitə inteqrallama metodu daxil edilmişdir. Ardıcıl olaraq rasional, irrasional, triqonometrik ifadələrin inteqrallanması, onların inteqrallanmasında istifadə olunan üsullar, düsturlar və s. verilmişdir.
Hacıyev Məhəmməd : Riyazi mücərrədləşdirmə və dərketmə
Monoqrafiya riyaziyyatın mühüm sahələrindən olan riyazi mücərrədləşdirmə ilə bağlı olub, fəlsəfənin aparıcı və əsas sahəsi olan dərketmədə riyazi mücərrədləşdirmənin roluna həsr olunmuşdur.
Hacıyev Məhəmməd : Riyazi reallıq və gerçəklik anlayışlarının nəzəri-fəlsəfi mahiyyəti
Dərs vəsaitində riyaziyyatın metodoloji əsası olan fəlsəfənin, eləcə də elmi riyaziyyatın əsas anlayışlarından olan reallıq və gerçəklik anlayışlarından bəhs edilməklə bu anlayışların riyaziyyatda oynadığı rol, riyazi biliklərin bu anlayışlarla bağlılığı ətraflı olaraq şərh edilmişdir.
Həsənov Abdulla, Əliyev Səfa : Riyaziyyat
Dərs vəsaitində 9-11-ci siniflərin riyaziyyat dərsliklərində nəzərdə tutulan mövzuların adları demək olar ki, saxlanılmış, hər mövzuya aid nəzəri material yığcam, tez qavranıla biləcək şəkildə şərh edilmiş, çox sayda nümunə məsələ və misalların izahlı həlli verilmişdir ki, bu da dərs vəsaitindən gündəlik dərslərə hazırlaşmaqda istifadə etməyə imkan verir.
1 - 2