By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Mədəniyyət. Elm. Maarif


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Məmmədov Ə. (layihəni hazırlayan) : Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası
Kitabda Prezident kitabxanasının keçdiyi tarixi yolun icmalı yer almış, kitabxananın strukturu, şöbələri haqqında geniş məlumat verilmişdir. Həmçinin yeni texnologiyanın kitabxanada tətbiqindən bəhs edilmiş, başqa ölkələrin kitabxanaları ilə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Xəlilov Fərman (tərtib edən) : Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu
Kataloqda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə edilən farsdilli 48 əlyazma və 134 əski çap kitabının qısa təsviri verilmişdir. Elmin müxtəlif sahələrinə aid olan bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanmışdır.
Eylazov Fəxrəddin (tərtibçi) : Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu
Kitabda Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasına hədiyyə etdiyi qədim kitab və əlyazma nümunələrinin kataloqu öz əksini tapmışdır.
İbrahimov Səbuhi : Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti
Kitabda Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti abidələrinin təşəkkülü və inkişaf perspektivləri geniş səciyyələndirilmişdir. Burada ayrı-ayrı tarixi mərhələlərdə yaranıb formalaşmış saray, məscid, mədrəsə, məktəb və s. kitabxanaların, eyni zamanda görkəmli şəxsiyyətlərin şəxsi kitabxanalarının fəaliyyəti haqqında geniş məlumat verilmişdir.