By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Mədəniyyət. Elm. Maarif


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sadıqov Bəxtiyar (buraxılışa məsul) : "Azərbaycan" 90
Kitabda "Azərbaycan" qəzetinin 90 illik yubileyi haqqında foto-xatirələr verilmişdir.
Paşayev Ataxan : "Molla Nəsrəddin": dostları, düşmənləri
Əsasən ilk mənbələrə istinad edilərək yazılmış bu kitabda "Molla Nəsrəddin" jurnalının Şərq xalqlarının oyanmasındakı rolu, onun çar mütləqiyyətinə, burjuaziya-mülkədar zülmünə, Şərq müstəbidlərinə, habelə cəhalət və islam dininin ehkamlarına qarşı apardığı barışmaz mübarizəsi öz əksini tapmışdır. Eyni zamanda, əsərdə bu mübarizədə jurnalın qarşılaşdığı çətinliklər, onun dostları və düşmənləri haqqında da ətraflı söhbət açılır.
Seyid Surə : "Şərq qapısı" qəzeti və Naxçıvanda ədəbi mühit
Monoqrafiyada ilk dəfə olaraq Naxçıvanda mətbuatın yaranması tarixi və inkişaf yolu araşdırılır, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində "Şərq qapısı" qəzetinin rolu məsələsi aydınlaşdırılır, Naxçıvanda tənqid və ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında "Şərq qapısı" qəzetinin rolundan geniş bəhs edilir. Kitabda eyni zamanda Azərbaycan Yazıçılar İttifaqının tərkib hissəsi olan Naxçıvan Yazıçılar Birliyinin keçdiyi tarixi inkişaf yolu ilk dəfə olaraq sistemli şəkildə araşdırılır. Naxçıvan ədəbi mühitinin sovet dövrü və müstəqillik illərindəki inkişaf yolu ümumiləşdirilir, geniş təhlillər aparılır, müstəqillik illərində "Şərq qapısı" qəzeti və Naxçıvan ədəbi mühitinin qarşılıqlı inkişaf istiqamətləri nəzərdən keçirilir.
Məmmədov Məmməd : Heydər Əliyev çörəyi
Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Məmmədovun dövri mətbuatda dərc olunan publisistik yazıları və məqalələri toplanmışdır.
Məmmədov Məmməd : Mənim həyat məktəbim
Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Məmmədovun region mətbuatı ilə bağlı mətbuatda dərc olunan elmi və publisistik yazıları toplanmışdır.
Məmmədov Məmməd : Mənim qəzetli dünyam
Bu kitabda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Məmməd Məmmədovun son illər dövri mətbuatda dərc olunmuş publisistik yazıları, oçerkləri və məqalələri toplanmışdır.
Məmmədov Vüsar (tərtib edən), Yurdoğlu Elxan (tərtib edən) : Mətbuatda yaşayan işıq
Bu kutabda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent, II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən Məmməd Məmmədovun şərəfli ömür yolundan bəhs edilir.
Həbibbəyli İsa (redaktor), Kərimli Teymur (redaktor) : Molla Nəsrəddin
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalının çapı 10 cilddə nəzərdə tutulmuşdur. Birinci cildinə 1906-cı ilin bütün sayları və 1907-ci ilin ilk 40 sayı daxil edilmişdir.
Həbibbəyli İsa (redaktor), Kərimli Teymur (redaktor) : Molla Nəsrəddin
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalının çapı 10 cilddə nəzərdə tutulmuşdur. Oncildliyin bu cildinə 1907-ci ilin son 9 sayı (№ 41-49), 1908-ci ilin 52 sayı, 1909-cu ilin isə 11 sayı (cəmi 72) daxil edilmişdir. Bu cilddə də jurnalın mütərəqqi ənənələri davam etdirilmiş, yeni yazarlar və yeni rubrikalar hesabına onun ictimai-siyasi kəsəri daha da gücləndirilmişdir.
Həbibbəyli İsa (redaktor), Kərimli Teymur (redaktor) : Molla Nəsrəddin
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalının çapı 10 cilddə nəzərdə tutulmuşdur. Bu cildə 1909-cu ilin 52, 1910-cu ildən isə 19 nömrə - cəmi 71 nömrə salınmışdır. Bu illərdə də jurnalın felyeton və satiralarında, siyasi karikaturalarında Azərbaycan cəmiyyətinin, İslam aləminin, güc kultuna tapınan dünyanın ağrılı, həlli vacib ictimai-siyasi-mədəni problemləri, eləcə də müxtəlif şəhər və bölgələrdən daxil olan xəbərlər öz əksini tapmışdır.
1 - 2 - 3