By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Mədəniyyət. Elm. Maarif


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Zamanov Kamil(tərtib edən) : 120 yaşlı məktəb
Kitabda əsası 1885-ci il sentyabr ayının 20-də qoyulan Şərur rayonundakı Cəlilkənd orta məktəbinin şərəfli inkişaf yolundan bəhs edilir.
Xəlilov Fərman : Maarif fədaisi: Həsən bəy Qazıyev
Kitabda Azərbaycan Respublikasının əməkdar müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyəti işıqlandırılır. Bir maarif xadimi kimi onun xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.
Babayev Rafael (Texniki redaktoru və kompüter tərtibatı) : Naxçıvan Tibb məktəbi
Bu kitabda Naxçıvan Tibb məktəbinin açılış mərasimi və foto şəkilləri verilmişdir.
Cəfərov Fəxrəddin, İsmayılova Zülfiyyə : Naxçıvanın məktəb tarixindən səhifələr
Kitabda elm aləminə həmişə layiqli töhvələr vermiş Naxçıvanda maarif məsələlərinə xüsusi diqqət göstərildiyi və bölgədə məktəb tarixinin əhəmiyyətli bir mərhələsi olan qəza məktəblərinin açılması qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu  : Pedaqoji fikir tarixindən
Kitabda ABŞ-ın 16-cı prezidenti Avraam Linkolunun oğlunun müəlliminə yazdığı məktub, Uşinskinin, Çernyayevskinin və Suxomlinskinin pedaqogikaya yanaşmaları, Maksim Qorkinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin və başqalarının əsərlərindən pedaqogikaya aid seçmələr verilmişdir.