By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Təbiət elmləri


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Bababəyli Nazim, İmat Fatih, Fətəliyeva Aytən : Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı
Kitabda ərazinin təbii iqlim şəraiti, oroqrafiyası, geoloji quruluşu və geomorfologiyası, torpaqları, bitki örtüyü və heyvanlar aləmi, ekocoğrafi şəraiti və landşaftı haqqında məlumatlar göstərilmişdir.
Bababəyli Nazim, İmat Fatih : Araz çay sisteminin yuxarı hissəsinin ekocoğrafi şəraiti
Monoqrafiyada Araz çayı sisteminin yuxarı hissəsinin, hidroloji rejimi və ekoloji şəraitinə təsir edən təbii amillər-iqlim xüsusiyyətləri, bitki örtüyü, hidrogeoloji şəraiti və.s haqqında məlumat verilmiş, çayın, onun qollarının, hövzədəki su anbarları və göllərin hidroqrafik xüsusiyyətləri və ekoloji şəraiti səciyyələndirilmişdir.
Rasizadə Artur (redaksiya heyətinin sədri) : Azərbaycan Respublikası. Milli Atlas
Kitab ümumi proqram üzrə vahid əsasda hazırlanmış xəritələrin sistemli məcmusundan ibarət elmi-məlumatlı əsərdir. Xəritələrdən başqa cədvəllər, qrafiklər, diaqramlar, Azərbaycanın illüstrasiyalı slaydları verilmişdir. Atlasda ölkənin siyasi-inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizm haqqında məlumatlar verilmişdir. 19 bölmədən ibarət olan Atlas 800-dən çox müxtəlifmiqyaslı, respublika və regionallar üzrə xəritələri ehtiva edir.
Qarayev İdrak (məsul redaktor) : Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu (2013- cü il aprel ayının 1- nə olan vəziyyətə görə)
Topluya Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin yaradılması və ləğv edilməsi, habelə onların ərazisi, əhalisinin sayı barədə və digər məlumatlar daxil edilmişdir.
Kəngərli Tələt, Rzayev Oktay, Abadzadə Ziyafət : Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı
Kitab Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər aparılan ətraflı geoloji, geomorfoloji və hidrogeoloji elmi tədqiqatların, geoloji-planalma, geoloji-axtarış və geoloji-kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirilmiş şəkildə əks etdirən, cansız mühitə aid təbiət abidələri (geosaytlar) barədə məlumat verən, həmçinin diyarın geoloji öyrənilməsində böyük əməyi olan peşəkar alim və mütəxəssislərin fəaliyyət yolunu işıqlandıran əsərdir.
Həsənli Oruc : Diyarşünaslıq
Kitabda diyarşünaslığın tarixindən, mövzusundan, müasir inkişafından və ayrı-ayrı fənlərin tədrisində texnologiyalarından bəhs edilmişdir.
Budaqov Budaq, Məmmədov Zahid : Elin oğlu
Azərbaycan EA-nın həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, əməkdar elm xadimi, ABŞ-ın Tukson şəhərində yerləşən Ümumdünya Universitetinin fəxri elmlər doktoru Həsən Əlirza oğlu Əliyev tanınmış alim, görkəmli ictimai-siyasi və dövlət xadimi olmuşdur. Kitabda akademik Həsən Əliyevlə birgə işləmiş, onunla ünsiyyətdə olmuş sənət, əqidə dostlarının, daha sonra tələbələrinin, onu yaxından tanıyanların bu sadə, səmimi, xeyirxah, zəhmətsevər insan haqqında xatirələri toplanmışdır.
Rzayev Oktay : Naxçıvan çökəkliyinin dərinlik quruluşu və tektonik xüsusiyyətləri
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisinin əsas tektonik elementlərindən biri olan Naxçıvan çökəkliyinin geoloji quruluşunda iştirak edən çöküntülərin struktur-tektonik xüsusiyyətləri mövcud geoloji-geofiziki materiallar əsasında təhlil edilib və ərazisində faydalı qazıntı yataqlarının axtarışının böyük iqtisadi əhəmiyyətə malik olduğu əsaslandırılıb.
Quliyev Əlövsət : Naxçıvan kəhrizləri
Kitabda qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərimizin tarixi keçmişindən aydın və sadə formada şərh edilmişdir. Burada Azərbaycanın ayrılmaz bir bölgəsi olan qədim Naxçıvanın kəhriz sistemləri və onların üzərlərində inşa edilmiş tarixi abidələr - "qırxpillələr"dən, onların memarlıq və konstruktiv elementlərindən, kəhrizlərin sularının sərflərindən, keyfiyyətindən, qazılmasında istifadə olunan alətlərdən, quruluşundan, onların parametrlərindən və tarixindən bəhs edilir.
Babayev Səfərəli : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabda Naxçıvan MR-in fiziki coğrafiyasının öyrənilməsinə, ərazisi, sərhədləri, coğrafi mövqeyinə, təbii şəraitinə, onun ayrı-ayrı komponentlərinə, landşaftına, təbii sərvətlərinə, onlardan istifadə məsələlərinə, təbiəti mühafizələrinin vəziyyətinə dair ətraflı məlumat verilir.
1 - 2 - 3