By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    İctimai və humanitar elmlər


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  : "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"
Kitabçada ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvü olan gənclərlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi
Kitabçada “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvü olan gənclərlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  : Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş fəaliyyət proqramı
Kitabçada altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş fəaliyyət proqramının məzmunu verilmişdir.
Talıbov Rza : Asiya ölkələri beynəlxalq münasibətlər sistemində
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif eyni zamanda beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabda geniş yer vermişdir.
Azərbaycan Respublikası  : Azərbaycan - ABŞ strateji tərəfdaşlığın yeni üfüqləri
Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri, ABŞ konqreslərində keçirdiyi görüşlər, Vaşinqtonun siyasi, ictimai və işgüzar dairələrində çıxışları və müsahibələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Aparatı  : Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında
Kitab 1994-cü ildə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin əsas istiqamətlərini əks etdirir.
Azərbaycan Respublikası Prezidentinin Aparatı  : Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında
Kitabın ikinci hissəsinə daxil edilmiş materiallar 1994-cü ilin sentyabr-dekabr aylarında Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri və Prezident Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində çoxşaxəli fəaliyyətini ardıcıl izləməyə imkan verir. Bu materiallar "Əsrin müqaviləsi"ni, oktyabrın əvvəllərində baş vermiş dövlət çevrilişinə cəhd və onun qarşısının alınmasını, daxili və xarici siyasət sahəsində həyata keçirilən digər mühüm tədbirləri geniş əks etdirir.
Azərbaycan Respublikası  : Azərbaycan 2013-2003.Əsrə bərabər illər(Xarici siyasət)
Kitabda 2003-2013-cü illərdə Prezident İlham Əliyevin Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin açılış mərasimində iştirak etməsindən , Fransaya,Ruminiyaya,Türkiyəyə işgüzar səfərlərindən , Nyu-Yorkda BMT-nin Baş katibi Kofi Annan ilə görüşməsindən, Qazaxıstan Respublikasında rəsmi səfərdə olmasından bəhs edilmiş və orada söylədiyi nitqləri verilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi  : Azərbaycan gəncləri 2007
Kitabda Azərbaycanın milli bayramları, Azərbaycan Respublikası üzrə 18-34 yaşda olan əhalinin yerləşməsi, sağlamlığın qorunması və s. kimi məsələlərin həlli barədə məlumat verilmişdir.
Qarayev Əbülfəs (redaktor) : Azərbaycan gəncliyi, Azərbaycan gələcəyi
Kitabda "Qızıl Kitab"a daxil edilənlər, Prezident təqaüdü alan tələbələr və yazıçılar, "Şahin" və "Cəsurlar" hərbi, idman, turizm oyunları, ayrı-ayrı idman növləri üzrə fərqlənən gənclər və s. haqqında məlumatlar verilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15