By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Səhiyyə. Tibb elmləri


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rəhimov Rəhim : “Valideyn uşağının sağlamlığı üçün nələri bilməlidir: 50 sual 50 cavab”
Bu broşur həkiməqədərki mərhələdə valideynlərin bilməli olduqları tibbi prosedurları özündə ehtiva edir. Valideynlər uşaqlarının sağlamlığını qorunması üçün onları maraqlandıran suallara bu kitabçada cavab tapa bilərlər.
Ağayev İbrahim : Ana südü möcüzəsi
Kitabda ana südünün tərkibi, hipoqalaktiya, ana südü ilə heyvan südlərinin fərqi, süni qidalanmanın təhlükələri, süd verən ananın rejimi və s. haqqında məlumat verilmişdir.
Əliyeva Gültəkin : Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasında və perinatal patalogiyada rolu
Kitabda ciftin əmələ gəlməsi, perinatal patologiya, dölün hipoksiyası, mamalıq praktikasında antifosfolipid sindromun klinik təzahürü kriteriyaları, plazmoferezin tətbiqi və s. haqqında məlumat verilmişdir.
Əliyeva Gültəkin, Əliyev Elvin, İsgəndərova Şəfa : Dəmir defisitli anemiyanın uşaqlarda və hamilələrdə gedişinə müasir baxış
Kitabda anemiyaların təsnifatı, hamilələrdə dəmirin metabolizmasının fərqli xüsusiyyətləri, yarımçıq doğulmuş uşaqlarda dəmir defisitli anemiyanın klinik gedişi, dəmir defisitli anemiyanın proflaktikası və s. haqqında məlumat verilmişdir.
Cabbarov Süleyman : Dərman bitkiləri ilə müalicə reseptləri
Kitabda dərman bitkiləri ilə müalicə, bitki yığıntıları ilə müalicə, cavanlıq eleksirləri, ədviyyatların faydaları, bitki vannaları ilə müalicə, saçı möhkəmləndirən bitkilər, üz üçün təmizləyici maskalar, cərəzlərin faydaları və s. haqqında məlumat verilmişdir.
Əliyeva Gültəkin, Həşimli İlkay : Dölün və yenidəndoğulmuşun hemolitik xəstəliyi
Bu kitabda dölün və yenidoğulmuşun hemolitik xəstəliyi nəzərdən keçirilir. Xəstəliyin etiologiyası, təsnifatı patogenezi, klinikası, diaqnostikası, müalicəsi və s. ilə əlaqədar təhlillər aparılır və geniş məlumat verilir.
İbrahimov Malikəjdər, İbrahimova İradə : Peşə xəstəlikləri
Dərslikdə peşə xəstəliklərinin yaranma səbəbləri, patologiya, anatomiya, pnevmokoniozların differensial diaqnostikası, üzvi tozların təsirindən əmələ gələn pnevmokoniozlar, lazer şüalanmasının insan orqanizminə təsiri, qurğuşun zəhərlənməsi və s. haqqında məlumat verilimişdir.
Cabbarov Süleyman : Tibbi laborator analizlər
Kitabda normalardan kənarlaşmanın səbəbləri, qan, sidik, mədə şirəsi, ana südü, öd, onurğa beyni mayesi analizləri və s. haqqında məlumat verilmişdir.
Cabbarov Süleyman : Tibbi terminlər lüğəti
Lüğətdə daha çox işlənilən tibbi terminlər müxtəlif tibbi ədəbiyyatlardan seçilib qısa izahatla yazılmışdır.
Məmmədov Adil : Toxumaların müxtəlif yad cisimlərinin diaqnostika və çıxarılma üsullarına müqayisəli yanaşma
Monoqrafiya təbabətin əzəli və əbədi problemi olan “Yad cisimlər” mövzusuna həsr edilmişdir.
1 - 2