By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Kənd və meşə təsərrüfatı


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sultanov Rauf, Əsədov Elsevər : Azərbaycanın təbii balının keyfiyyət göstəriciləri və dövlət standartları
Kitabda Azərbaycan ərazisində istehsal olunan balların təbii qaynaqları, fiziki-kimyəvi xassələri, keyfiyyət göstəriciləri təhlil olunmuş, Azərbaycan balları, həmçinin müqayisəli olaraq Türkiyə və Rusiya balları üçün müəyyənləşdirilmiş standartlar verilmişdir.
Sultanov Rauf, Seyidli Mirmahmud : Naxçıvan MR-nin ərazisində arı ailələrinin köçürülməsi
Kitabçada xalq təsərrüfatının vacib və əhəmiyyətli sahələrindən biri olan arıçılığın inkişaf etdirilməsinin əsas məqsədi insanları qiymətli pəhriz və müalicəvi qida məhsulu sayılan balla, xalq təsərrüfatını mumla, təbabəti arı zəhəri, arı südü, vərəmum, mum və çiçək tozcuğu ilə təmin etməsi haqqında məlumatlar verilmişdir.
Sultanov Rauf, Seyidli Mirmahmud : Naxçıvan MR-nin şəraitində arı ailələrinin qışlaması
Kitabçada arı ailələrinin qış dövründə həyatı, payız dövründə qışlamaya hazırlanması, yuvasının istiləşdirilməsinin təmin edilməsi, orqanizmində katalaza fermentinin fəallığının dəyişkənliyi və s. haqqında məlumat verilmişdir.
Məmmədov İsmayıl : Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri (Apicomplexa, Eimeria, Sarcocystis)
Monoqrafiyada ilk dəfə Naxçıvan Muxtar Respublikasında ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası, inkişafı, sistematikası, parazit-sahib münasibətləri və profilaktikanın kompleks təsviri verilmişdir.
Məmmədov İsmayıl : Naxçıvan Muxtar Respublikası şəraitində ev toyuqlarının eymeriozlarında profilaktikanın tətbiq edilməsinə dair tövsiyələr
Kitabçada Naxçıvan Muxtar Respublikası şəraitində ev toyuqlarının eymeriozlarında profilaktikanın tətbiq edilməsinə dair tövsiyələr verilmişdir.
Məhərrəmov Mahir : Naxçıvan Muxtar Respublikasının arıkimilər faunası
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının bioloji müxtəlifliyində növlərinin zənginliyi və praktiki əhəmiyyəti ilə fərqlənən arıkimilər faunasının sistemli tədqiqinin nəticələri öz əksini tapmışdır. Kitabda arıkimi populyasiyalarının bölgənin bütün yüksəklik qurşaqları və landşaftları üzrə paylanması qanunauyğunluqları, onların trofik əlaqələri, uçuş fenologiyası, yuvalaması, davranış xüsusiyyətləri və sair məsələlər haqqında maraqlı məlumatlar verilmiş, müxtəlif aqrosenozlarda və təbii bitki senozlarında əsas tozlandırıcı arıların funksional fəaliyyəti qiymətləndirilmişdir.
Məhərrəmov S.H., Tahirov Ə.S., Əsədov E.S. : Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri
Monoqrafiyada dünyada arıçılığın yaranması və hazırki vəziyyəti, Azərbaycanda arıçılıq, Naxçıvanda arıçılığın keçdiyi yol, hazırki vəziyyəti və perspektivləri əks olunur. Arıçılığın əsas prinsipləri, arıçılığa başlamağın başlıca şərtləri, arıçılıqda mövsümi və aylıq işlər, arıçılıq məhsulları, arıların xəstəlik və zərərvericiləri geniş işıqlandırılmışdır.