By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Kənd və meşə təsərrüfatı


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Qasımov Mayis, Muradov Vidadi : Boyaqçılıq
Kitab tarixən Azərbaycanda peşəkar səviyyədə formalaşan, praktik cəhətdən get-gedə öz miqyasını genişləndirən və təkmilləşən boyaqçılıq sənətinə həsr olunmuşdur. Burada boyaqçılığın tarixi, əlaqədar olduğu sənət sahələrindən biri olan xalçaçılıq, ənənəvi xalq boyama üsulları, əsas xammal kimi istifadə olunan və Azərbaycan florasına aid olan 84 boyaq bitkisi, laboratoriya təcrübələrinin nəticələri, təbii boyaqlarla boyanmış yun iplərdən toxunmuş xalçalar və s. haqqında maraqlı materiallar, fotoşəkillər təqdim edilmişdir. Boyaq bitkilərinin Azərbaycan ərazisində yayılma arealları, kimyəvi tərkibləri, bitki xammalının toplanma vaxtları, qurudulma və istifadə qaydaları haqqında məlumatlar da daxil edilmişdir.
Dünyamalıyev Məmmədəli, Məmmədhəsənov Naiq : Kartofçuluq
Kitabda kartofçuluq haqqında geniş məlumat verilmişdir.
Fətullayev Pərviz : Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq buğdanın seleksiyası və toxumçuluğu
Monoqrafiyada coğrafi mənşəyinə, həyat tərzinə, növmüxtəlifliyinə görə fərqlənən yumşaq buğdanın sort nümunələrinin muxtar respublika ərazisində təsərrüfat əhəmiyyətli əlamətlərinə, eləcə də bioloji xüsusiyyətlərinə görə öyrənilməsindən, qiymətləndirilməsindən, müqayisəli xarakteristikasından bəhs edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası
Kitab Naxçıvan Muxtar Respublikasında tarixən kənd təsərrüfatının əsas sahələrindən biri olan üzümçülükdən, üzüm sortlarının yaranması və becərilməsindən bəhs edir. Üzüm sortlarının qədim tarixi yerlər və toponimlər ilə adlandırılması, regionun aborigen meyvə və giləmeyvə bitkilərinin sort müxtəlifliyinin araşdırılması, nadir sortların bərpası geniş şəkildə verilmişdir.
Məhərrəmov Saleh, Məmmədli Turan, İbadullayeva Səyyarə : Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinin yem bitkiləri
Kitabda Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində yayılmış yem bitkilərinin floristik təhlili, bioekoloji xüsusiyyətləri, kimyəvi tərkibi və s. haqqında məlumat verilmişdir.
Bağırov Orxan, Talıbov Tariyel : Naxçıvan Muxtar Respublikasının gilas və albalı genofondu
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasında mövcud olan gilas və albalının növ, sort və formalarının bioloji xüsusiyyətləri tam şəkildə öyrənilmişdir.
Talıbov Tariyel, İbrahimov Ənvər : Naxçıvan Muxtar Respublikasının yabanı alma və armud növləri
Kitabçada Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış yabanı alma və armud növlərinin təyinedici cədvəli, onların təbii ehtiyatı, istifadə perspektivləri, mühafizəsi və introduksiyası verilmişdir.