Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Biblioqrafik Vəsaitlər. Məlumat nəşrləri. Jurnallar


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi , Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu , Naxçıvan Dövlət Universiteti  : "Naxçıvan bu gün: islahatlar, perspektivlər" mövzusunda beynəlxalq simpoziumun proqramı
Kitabçada 5-6 oktyabr 2007-ci ildə Naxçıvan şəhərində keçirilən "Naxçıvan bu gün: islahatlar, perspektivlər" mövzusunda beynəlxalq simpoziumun proqramı verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  : ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Kitabçada ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub verilmişdir.
Budaqov Budaq : Akademik H.Ə.Əliyev
Kitabda XX əsrdə Azərbaycan elminin inkişafı yolunun cığırını açanlardan birinin - akademik Həsən Əliyevin həyat yolu açıqlanır. Alimin elmə əvəzsiz sərf olunan ömründən, təbiətimizə dəyən zərbələrdən, həyəcan təbili çalan elm fədaisindən söhbət aparılır.
Qasımov Natiq (tərtib edən) : Aqil Əlirza oğlu Əliyev - 75
Azərbaycan MEA müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, prof. Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 75 illiyi münasibətilə çap edilən bu kitabda alimin bioqrafiyası, həyat və fəaliyyəti haqqında məlumat, həmçinin görkəmli elm xadimlərinin ürək sözləri öz əksini tapmışdır. Bundan əlavə kitabda Ə.Əliyevin elmi əsərlərinin siyahısı verilmişdir.
Quliyev Əbülfəz, Xəlilov Fərman : Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Kitabda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 10 illik fəaliyyəti işıqlandırılmış, İnstitut əməkdaşları haqqında məlumatlar verilmişdir. İnstitutun fəaliyyəti haqqında oxucularda dolğun təsəvvür yaratmaq üçün kitabın sonuna müvafiq fotoşəkillər də əlavə edilmişdir.
Nağıyev T.M. (məsul katib) : Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan
Kitabda ölkənin təbiətini, əhalisini, iqtisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən fundamental ensiklopedik məlumatlar verilmişdir.
Abbasov Xanoğlan : Azərbaycan Qadını Ensiklopediyası
Kitabda ta qədimdən indiyədək yaşamış qadın hökmdarlar və şairlər, son yüzilliyin maarifçi qadınları və ictimai xadimləri, müxtəlif hökumət və partiya vəzifələri daşıyan tanınmış qadın ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, rəssamlar, müğənnilər, aktrisalar və elm xadimləri haqqında yığcam ensiklopedik məlumatlar və əksəriyyətinin portretləri verilmişdir.
Ələsgərov Murtuz (məsul redaktor) : Azərbaycan Respublikasının Milli Məclisi I çağırış
Kitabda 1995-ci il noyabrın 24-də I çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi və Milli Məclis deputatlarının qısa bioqrafiyaları verilmişdir.
Ələkbərzadə Mehriban : Azərbaycan və Azərbaycanlılar: dünən, bu gün, sabah
Jurnalist-tədqiqatçı Mehriban Ələkbərzadənin bu kitabına "Yeni Azərbaycan" qəzetində çap olunmuş "Azərbaycan və azərbaycanlılar:dünən, bu gün, sabah" silsiləsindən tarixi-fəlsəfi esseləri daxildir.
Eyvazqızı Ulduz : Əli Əliyev
Kitabçada ictimai siyasi xadim, Azərbaycanın əməkdar müəllimi, tarix elmləri namizədi, dosent Əli Əliyev haqqında tanınmış insanların xatirələri və fotoşəkillər toplanmışdır.
1 - 2 - 3