Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Məmmədli Əkrəm : "Cahargah" və Bayatı kürd" muğamları
Kitabda "Cahargah" və Bayatı kürd" muğamları verilmişdir.
Əliyev Ziyadxan : "Cəmil Müfidzadə. Cizgilərə hopan ömür..."
Kitab xalq rəssamı, görkəmli qrafika ustası Cəmil Müfizadənin həyat və yaradıcılığından bəhs edir. Həmçinin rəssamın yaradıcılıq yolu ardıcılıqla izlənmiş, onun çəkdiyi çoxsaylı qrafik silsilələr ayrıca təhlil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası  : "Naxçıvan- bəşəriyyətin beşiyi" beynəlxalq rəsm festivalı
2012-ci il iyunun 18-20-də Naxçıvan şəhərində "Naxçıvan- bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeydə təşkil olunan festivalda dörd ölkədən rəssamlar iştirak etmişlər. Festivalın keçirildiyi günlərdə çəkilmiş iyirmi dörd rəssamın təxəyyülünün məhsulu olan, yurdumuzun gözəllikləri və qədimliyini əks etdirən tabolardan ibarət kataloq rəssamlıq sənətinin inkişafına göstərilən qayğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan- bəşəriyyətin beşiyi" II beynəlxalq rəsm festivalı
Kataloqda 2014-cü il may ayının 20-23-də Naxçıvan şəhərində keçirilmiş "Naxçıvan- bəşəriyyətin beşiyi" II beynəlxalq rəsm festivalında çəkilmiş yurdumuzun gözəlliklərini və qədimliyini əks etdirən rəsm əsərləri verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu , Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan- bəşəriyyətin beşiyi" III beynəlxalq rəsm festivalı
Kitabda Naxçıvan şəhərindəki "Əlincəqala" Tarix-Mədəniyyət Muzey kompleksində 7 ölkədən gəlmiş rəssamların iştirak etdiyi festivalda çəkilmiş yurdumuzun gözəlliklərini və qədimliyini əks etdirən rəsm əsərlərindən ibarət kataloq verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu , Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan- bəşəriyyətin beşiyi" IV Beynəlxalq Rəsm Festivalı
Kataloqda “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalında çəkilmiş yurdumuzun gözəlliklərini və qədimliyini əks etdirən rəsm əsərləri və iştirakçılar haqqında məlumat verilmişdir.
Qasımov Ələkbər : “Cavid” Poeziya Teatrı
Kitab-albomda 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasından, formalaşmasından, tərəqqisindən və uğurlarından söhbət açılır. Eyni zamanda bu teatrın səhnəsində tamaşaya qoyulmuş əsərlər sadalanmaqla onların rejissorları, rəssam və bəstəkarları, tamaşalardakı mahnıların və rolların ifaçıları barədə məlumat verilir.
Fətullayev- Fiqarov Şamil : Abşeron memarlığı
Kitabda Abşeronda yerləşən yaşayış məntəqələrinin şəhərsalma strukturu tədqiq edilmiş, 71 məscid, 55 hamam, 15-dən çox məqbərə, 10 ovdan, Mərdəkan sarayları və nəhayət Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Teymur bəy Aşurbəyovun, Məmməd bəy Xanlarovun və başqalarının məşhur villaları təqdim olunmuşdur.
Kəngərli Bəhruz : Albom - kataloq
Kitabda XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndələrindən biri olan Bəhruz Kəngərlinin təbiət təsvirlərini və Naxçıvanın tarixi abidələrini əks etdirən rəsm əsərləri toplanmışdır.
Məmmədov Sabir : Albom-kataloq
Albom-kataloqda rəssam Sabir Məmmədovun əsərləri verilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15