Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Vəkil Əli (tərtib edən) : Ana (dedim, qarşımda gözəl bir səhnə açıldı)
Kitaba Azərbaycan ədəbiyyatında və eləcə də digər xalqların poeziyasında qədim zamanlardan bugünədək ana haqqında yazılmış şeirlər daxil edilmişdir. Bu şeirlərdə övlad, ana, valideyn sevgisi,Vətən və onun tükənməyən istəyi poetik hisslərlə naxışlanır, anaya olan sonsuz məhəbbətdən söz açılır.
Sultanlı Əli (tərtib edən) : Antik ədəbiyyat antologiyası
Bu kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Hesiodun, Esxilin, Evripidin, Sofokulun, Aristofanın, Aristotelin uzun əsrlər boyu ədəbiyyat xəzinəsini bəzəyən inciləri daxil edilmişdir.
Sultanlı Əli (tərtib edən) : Antik ədəbiyyat antologiyası
"Antik ədəbiyyat antologiyası"nın ikinci cildinə qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir.
Nağıyev Cəlil (tərtib edən) : Asiya xalqlarının nağıl və əfsanələri
Oxucuların diqqətinə təqdim olunan bu kitabda Asiya ölkələri xalqlarının əsatir, əfsanə və nağıllarından nümunələr toplanmışdır.
Məmmədova Dilarə (tərtib edən) : Azərbaycan dramaturgiyası antologiyası
Cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Üzeyir bəy Hacıbəyov və Cəfər Cabbarlının əsərləri daxil edilmişdir.
Məmmədova Dilarə (tərtib edən) : Azərbaycan dramaturgiyası antologiyası
Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Səməd Vurğun, Məcid Şamxalov, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, Seyfəddin Dağlı, Şıxəli Qurbanov və Nəbi Xəzrinin əsərləri daxil edilmişdir.
Məmmədova Dilarə (tərtib edən) : Azərbaycan dramaturgiyası antologiyası
Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Rüfət Əhmədzadə, Maqsud İbrahimbəyov, Kəmalə, Anar, Vaqif Səmədoğlu və Rüstəm İbrahimbəyovun əsərləri daxil edilmişdir.
Məmmədova Dilarə (tərtib edən) : Azərbaycan dramaturgiyası antologiyası
Cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Aslan Qəhrəmanlı, Mustafa İskəndərzadə, Arif Abdullazadə, Elçin, Hidayət, Əli Əmirli, Kamal Abdulla, Elçin Hüseynbəylinin əsərləri daxil edilmişdir.
Məmmədova Dilarə (tərtib edən) : Azərbaycan dramaturgiyası antologiyası
Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mir Mehdi Seyidzadə, Xalidə Hasilova, İslam Səfərli, Adil Babayev, Söhrab Tahir Azər Azərin əsərləri daxil edilmişdir.
Mirəhmədov Əziz (tərtib edəni) : Azərbaycan klassik ədəbiyyatından seçmələr (VII-XII əsrlər Azərbaycan şeri)
Kitabda Azərbaycan klassik poeziyasının 500 illik bir dövrünü əhatə edən poetik əsərlərdən nümunələr toplanmışdır. Əsasən lirik və ictimai-siyasi şeirlərdən ibarət olan bu əsərlər ərəb və fars dillərindən tərcümə edilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13