Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Araz Məmməd : "Mən özüm bilirəm nəçiyəm, nəyəm!"
Kitabda müxtəlif şair və yazıçıların ustad şair Məmməd Arazın şeirləri haqqında fikirləri verilmişdir.
Şərif Əziz : "Molla Nəsrəddin" necə yarandı
Əməkdar elm xadimi, professor Əziz Şərifin (1895-1988) "Molla Nəsrəddin" necə yarandı monoqrafiyasında Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövründən (1869-1906) bəhs olunur.
Mirzəzadə Reyhan : A.S.Qriboyedov: şair-diplomat
Kitabda A.S.Qriboyedovun həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilmişdir.
Behbudova Aypara : Adil Babayev: ömür yolu və sənət dünyası
Monoqrafiyada çoxcəhətli və zəngin yaradıcılığa malik şair, dramaturq, teatrşünas və tərcüməçi Adil Babayevin keşməkeşli ömür yolu, yaradıcılığının ideya-bədii məziyyətləri, janr və mövzu rəngarəngliyi ilk dəfə ətraflı olaraq təhlil edilmiş və Azərbaycan ədəbiyyatında ədibin yeri müəyyənləşdirilmişdir. Kitabda Adil Babayevin həyatının müxtəlif anlarını əks etdirən fotolar da əks olunmuşdur.
Rəsulova Gülarə (tərtib edən) : Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı
Soraq kitabında tanınmış tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin tərcümeyi-halının əsas məqamları verilmiş, bu vaxtadək nəşr olunmuş məqalə və resenziyalarının, müəllifi, redaktoru və tərtibçisi olduğu kitabların, tərcümələrinin, rəhbərliyi altında hasilə yetən namizədlik və doktorluq əsərlərinin biblioqrafiyası öz əksini tapmışdır.
Eyvazlı Həsənəli : Azərbaycan dramaturgiyasında ədəbi şəxsiyyət məsələləri
Kitabda müasir ədəbiyyatşünaslıqda mövcud olan və geniş yayılan tarixi-müqayisəli və tarixi-tipoloji, elmi-nəzəri metodlarına və problematik təhlil üsullarına istinad edilmişdir. Ədəbi-nəzəri fikrin söykəndiyi bədii təhlilə istinad etməklə ümumiləşdirmələr aparmağa üstünlük verilmişdir.
Babaxanlı Gülbəniz : Azərbaycan ədəbi fikri və Hüseyn Cavid
Filologiya üzrə fəlsəfə doktoru, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil obyektinə çevirir.
Qasımov Ramiz, İsmayıl Zülfiyyə : Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası
Monoqrafiyada Azərbaycan ədəbiyyatında ana xətt kimi keçən milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs edilir. Azərbaycançılığın milli məfkurə kimi səciyyəsi, habelə məzmun və siyasi cəhətdən yetkinləşməsi və bitkinləşməsində müdrik lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər əsərdə özünə yer tapır.
Həşim Əli : Azərbaycan tarixi nəsrində Naxçıvan
Monoqrafiyadan Azərbaycan ədəbiyyatında tarixi nəsrin inkişaf yolu izlənmiş, tarix, müasir gerçəklik və yazıçı mövqeyi konteksindən yanaşaraq tarixi mövzulu roman, povest və hekayələrdə dövr, hadisələr və şəxsiyyətlər problemi tədqiq olunmuşdur. Eyni zamanda mövzusunu Naxçıvan həyatından alan və süjet xəttinin müəyyən məqamlarında Naxçıvan tarixindən bəhs edən əsərlərdə Naxçıvan tarixinin müxtəlif dövrlərinin əski məsələləri müvafiq tarixi mənbələrlə müqayisəli şəkildə öyrənilmişdir.
Süleymanov Oljas : Az-Ya
Çağdaş türk dünyasının tanınmış şəxsiyyəti, şöhrətli qazax şairi Oljas Süleymenovun "Az-Ya" əsərinin I hissəsində "İqor polku dastanı"ndakı türk mənşəli sözlərə-Dastan mətninə XI-XII əsrlərdə daxil olmuş və sonradan slavyan mənşəli deyə qəbul edilən türkizmlərə aydınlıq gətirilir."Şumernamə"adlanan II hissədə isə türk-şumer əlaqələri, ən qədim türk dövrüylə əlaqəli bir sıra dil məsələləri, mifoloji anlayışla, tarixi adlar araşdırılır,türk dillərinin mənşəyi və təsnifi problemlərinin hələ də həllini tapmadığı göstərilir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12