Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Dəmirçizadə Ə.M. : "Kitabi-Dədə Qorqud" dastanlarının dili
Təqdim edilən kitabda dastanın Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdıran zəngin və dolğun mənbə olduğu açıqlanır.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  : "Kitabi-Dədə Qorqud" dilinin statistik təhlili
Kitabda dünya türkologiya elmində ilk dəfə olaraq azərbaycan xalqının qədim yazılı abidəsi "Kitabi-Dədə Qorqud" dastanlarının statistik tədqiqinin nəticələri əksini tapmışdır.
Əliyev Oruc : "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru
Monoqrafiyada "Kitabi-Dədə Qorqud" boyları ilə nağılların oxşar motiv və süjetləri müqayisəli şəkildə təhlil olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  : “Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti
Oxuculara təqdim edilən bu lüğət abidənin söz xəzinəsi barəsində ilk leksikoqrafik əsərdir. Lüğətin yazılmasında məqsəd işlənmə intensivliyindən və mənşəyindən asılı olmayaraq, bütün sözləri qeydə almaq, sözlərin dastanın dilindəki semantik və qrammatik mənalarını əyani göstərməkdir. Kitabda sabit söz birləşmələri, sözlərin məcazi mənaları da verilmişdir.Lüğətdə 2400-ə yaxın sözün izahı verilir.
Qurbanlı Çərkəz (redaktoru) : Almanca-Azərbaycanca lüğət
Lüğət təxminən 40000-ə yaxın söz və ifadəni əhatə edir. Lüğət əsasən alman dilini öyrənənlərə, alman bədii ədəbiyyatını, ictimai-siyasi, elmi-kütləvi ədəbiyyatı oxuyub tərcümə etməyə kömək məqsədini güdür.
Şirəliyev Məmmədağa : Azərbaycan dialektologiyasının əsasları
Kitabda Azərbaycan dialektləri və şivələrinin öyrənilməsi sahəsində görülmüş işlər elmi cəhətdən yekunlaşdırılmış və "Fonetika", "Morfologiya", "Sintaksis" və "Leksika" fəsillərinə ayrılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  : Azərbaycan dilçiliyi müntəxəbatı
Kitabın bu cildi "Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğarlıdan I Türkoloji Qurultaya qədər" adlanır. Bu cilddə M.Kaşğarlı, M.Kazım bəy, B.Çobanzadə, Ə.Cəfəroğlu kimi məşhur alimlərimizin yaradıcılığından parçalar və ya fraqmentlər verilir. Kitabda həmçinin I Türkoloji Qurultayın materiallarından seçmələr və onun haqqında alimlərimizin dəyərləndirmələri yer almışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  : Azərbaycan dilçiliyi müntəxəbatı
Kitabın bu cildi "Azərbaycan dilçiliyi tarixi: I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədər" adlanır. Bu cilddə M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, H.Mirzəzadə, Ə.Orucov, N.Ağazadə, F.Zeynalov, Q.Bağırov, F.Kazımov, Z.Tağızadə, S.Cəfərov və s. kimi görkəmli dilçilərimizin əsərlərindən seçmələr verilir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  : Azərbaycan dilçiliyi müntəxəbatı
Kitabın bu cildi "Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər" adlanır. Bu cilddə A.Axundov, H.Bayramov, T.Hacıyev, V.Məmmədəliyev, Y.Seyidov, A.Ələkbərli, Ə.Abdullayev, M.Adilov, Ə.Cavadov, M.Qasımov, A.Qurbanov, M.Tağıyev və s. kimi görkəmli dilçilərimizin əsərlərindən seçmələr verilir.
İsmayıl Zülfiyyə : Azərbaycan dilində qeyri - təyini ismi birləşmələr
Monoqrafiya ən böyük milli dəyərimiz olan ana dilinə həsr olunub. Əsərdə Azərbaycan dilinin qrammatik quruluşu sistemində, xüsusən ismi birləşmələr sistemində əsaslı mövqeyi olan və indiyə qədər müstəqil tədqiqata cəlb edilməyən qeyri - təyini ismi birləşmələrdən bəhs olunur.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8