Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Təbiət elmləri


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Bababəyli Nazim, İmat Fatih, Fətəliyeva Aytən : Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı
Kitabda ərazinin təbii iqlim şəraiti, oroqrafiyası, geoloji quruluşu və geomorfologiyası, torpaqları, bitki örtüyü və heyvanlar aləmi, ekocoğrafi şəraiti və landşaftı haqqında məlumatlar göstərilmişdir.
Bababəyli Nazim, İmat Fatih : Araz çay sisteminin yuxarı hissəsinin ekocoğrafi şəraiti
Monoqrafiyada Araz çayı sisteminin yuxarı hissəsinin, hidroloji rejimi və ekoloji şəraitinə təsir edən təbii amillər-iqlim xüsusiyyətləri, bitki örtüyü, hidrogeoloji şəraiti və.s haqqında məlumat verilmiş, çayın, onun qollarının, hövzədəki su anbarları və göllərin hidroqrafik xüsusiyyətləri və ekoloji şəraiti səciyyələndirilmişdir.
Qarayev İdrak (məsul redaktor) : Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu (2013- cü il aprel ayının 1- nə olan vəziyyətə görə)
Topluya Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin yaradılması və ləğv edilməsi, habelə onların ərazisi, əhalisinin sayı barədə və digər məlumatlar daxil edilmişdir.
Budaqov Budaq, Məmmədov Zahid : Elin oğlu
Azərbaycan EA-nın həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, əməkdar elm xadimi, ABŞ-ın Tukson şəhərində yerləşən Ümumdünya Universitetinin fəxri elmlər doktoru Həsən Əlirza oğlu Əliyev tanınmış alim, görkəmli ictimai-siyasi və dövlət xadimi olmuşdur. Kitabda akademik Həsən Əliyevlə birgə işləmiş, onunla ünsiyyətdə olmuş sənət, əqidə dostlarının, daha sonra tələbələrinin, onu yaxından tanıyanların bu sadə, səmimi, xeyirxah, zəhmətsevər insan haqqında xatirələri toplanmışdır.
Rzayev Oktay : Naxçıvan çökəkliyinin dərinlik quruluşu və tektonik xüsusiyyətləri
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisinin əsas tektonik elementlərindən biri olan Naxçıvan çökəkliyinin geoloji quruluşunda iştirak edən çöküntülərin struktur-tektonik xüsusiyyətləri mövcud geoloji-geofiziki materiallar əsasında təhlil edilib və ərazisində faydalı qazıntı yataqlarının axtarışının böyük iqtisadi əhəmiyyətə malik olduğu əsaslandırılıb.
Quliyev Əlövsət : Naxçıvan kəhrizləri
Kitabda qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərimizin tarixi keçmişindən aydın və sadə formada şərh edilmişdir. Burada Azərbaycanın ayrılmaz bir bölgəsi olan qədim Naxçıvanın kəhriz sistemləri və onların üzərlərində inşa edilmiş tarixi abidələr - "qırxpillələr"dən, onların memarlıq və konstruktiv elementlərindən, kəhrizlərin sularının sərflərindən, keyfiyyətindən, qazılmasında istifadə olunan alətlərdən, quruluşundan, onların parametrlərindən və tarixindən bəhs edilir.
Babayev Səfərəli : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabda Naxçıvan MR-in fiziki coğrafiyasının öyrənilməsinə, ərazisi, sərhədləri, coğrafi mövqeyinə, təbii şəraitinə, onun ayrı-ayrı komponentlərinə, landşaftına, təbii sərvətlərinə, onlardan istifadə məsələlərinə, təbiəti mühafizələrinin vəziyyətinə dair ətraflı məlumat verilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabın bu cildində zəngin təbii şəraitə və ehtiyyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilmişdir. Əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və onlar geniş şərh edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : Naxçıvan Muxtar Respublikasının coğrafiyası
Kitabın bu cildində zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafik potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri verilmişdir. Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi -coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzubati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.
Nağıyev Vasif, Məmmədov İlman : Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları
Kitabda Naxçıvan Muxtar Respublikasının metal, qeyri-metal, bəzək daşları və tikinti materialları yataqları haqqında məlumat verilir.
1 - 2