Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    İctimai və humanitar elmlər


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Azərbaycan Respublikası  : Azərbaycan 2013-2003.Əsrə bərabər illər(Ordu quruculuğu)
Kitabda 2013-2003-cü illərdə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" istirahət mərkəzinin açılış mərasimində, Sədərəkdə "N" saylı hərbi hissədə, Müdafiə Sənayesi Nazirliyinin Bakı cihazqayırma zavodunun açılışında, Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində və s. mərasimlərdə iştirak etməsindən və həmin yerlərdə söylədiyi nitqlərdən bəhs edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyi  : Azərbaycan generalları
Bu kataloqda general yüksək hərbi rütbəsini daşıyan azərbaycanlı sərkərdələrimizin həyat və fəaliyyətlərinə dair Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan müxtəlif səpgili materiallar verilmişdir.
Aşırlı Akif : Azərbaycan savaşı 1917-1918-ci illər
Kitab Qafqaz İslam Ordusu hərəkatından bəhs edir. Həmçinin Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın, Xəlil Paşanın xatirələri də verilmişdir.
Qurbani Abdulla : Heydər Əliyev adına Hərbi lisey
Kitabda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi məktəbin açılışında Heydər Əliyevin və Vasif Talıbovun çıxışları verilmişdir.
Heydər Əliyev irsi Beynəlxalq Elektron Kitabxanası  : Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik"
Kitaba ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib.
Qurbani Abdulla : Heydər Əliyevlə unudulmaz görüşlər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müqəddəs xatirəsinə ehtiramın təcəssümü olan bu kitab-albom ulu öndərimizin ideyalarına sadiq, Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərinə və ordu quruculuğunda, gənclərin orduya hazırlanmasında, hərbi vətənpərvərlik işinin təşkilində xidməti olanlara hədiyyədir.
Qurbani Abdulla : Mən sərkərdə olacağam
Bu kitab-albomda Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına hərbi liseyin 2005-ci il məzunlarının çıxışları verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası
Kitabda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, fövqəladə hallar üzrə komissiyaların üzvləri, eləcə də tədqiqatçılar üçün nəzərdə tutulan məlumatlar toplanmışdır.
Yaqublu Nəsiman : Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri
Bu tarixi foto-kitab 1918-ci ildə Azərbaycana xilaskar bir qüvvə kimi gəlib vətənimizi bolşevik-daşnak qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandiri Nuru Paşanın fədakarlığına həsr edilib.
Qurbani Abdulla (tərtibçi) : Sərhədçilər arasında ilk Azərbaycanlı general
Bu kitabda ilk Azərbaycan generalı Mustafa Nəsirovun şərəfli xidmətlərindən, xatirələrindən, arzularından danışılır.
1 - 2