Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    İctimai və humanitar elmlər


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Azərbaycan Respublikası  : "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Naxçıvan iqtisadi rayonu üzrə müəyyənləşdirilmiş tədbirlərdən çıxarış
Kitabçada "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda" Naxçıvan iqtisadi rayonu üzrə müəyyənləşdirilmiş tədbirlərdən çıxarış verilmişdir.
Bağırov Mehdi : "Statistika" fənnindən tədris-metodiki vəsait
Tədris metodiki vəsait statistika fənni üzrə dərsliklərin və dərs vəsaitlərinin materialları əsasında hazırlanmışdır. Vəsaitdə statistikanın nəzəri əsasları üzrə bütün bölmələrə diqqət yetirilmiş, təriflər, məzmun və istifadə üzrə izahatlar verilir, tanınmış alim-statistiklər haqqında bəhs olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : 2000-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf
Kitaba Naxçıvan Muxtar Respublikası üzrə 01 yanvar 2000-ci ildən 01 iyul 2006-cı ilədək yeni açılmış iş yerləri haqqında məlumat, iş yerlərinin sayı və strukturu, məşğulluq orqanları tərəfindən işlə təmin olunanlar, 2000-2005-ci illərdə əhalinin nominal və adambaşına düşən pul gəlirlərinin dinamikası, ev təsərrüfatlarının tədqiqatı üzrə adambaşına aylıq gəlirlər, xarici ticarət, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici dövlətlərlə ticarət dövriyyəsi haqqında məlumat daxil edilmişdir.
Bağırov Mehdi : Aqrar sahədə resurs potensialı, onun istehsal və satış sisteminin formalaşmasında rolu
Kitabda əsas tədqiqat istiqaməti haqqında daha aydın təsəvvür yaratmaq məqsədilə resurs potensialı özünün əsas növləri üzrə fərdi qaydada öyrənilmiş, həmçinin müstəqillik dövründə bu potensialın yaranmasında, onun kəmiyyət və keyfiyyət baxımından artırılmasında köklü addımların atıldığı Heydər Əliyev dövründən bəhs olunmuşdur.
Bağırov Mehdi : Aqrar sahənin inkişafı və marketinq prinsiplərindən istifadə
Monoqrafiyada ölkənin iqtisadi təkamülünün müasir mərhələsində aqrar sahənin inkişafına nəzər yetirilir, kənd təsərrüfatındakı mümkün istehsal və satış proseslərinin həyata keçirilməsində marketinq prinsiplərindən istifadə haqqında geniş bəhs olunur.
Azərbaycan Respublikası  : Azərbaycan 2013-2003.Əsrə bərabər illər(İqtisadiyyat)
Kitabda 2013-2003- cü illərdə Prezident İlham Əliyevin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransının açılış mərasimində, Bakıda beşulduzlu "Four Seasons" otelinin açılışında, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Balakən" və "Bərdə" gəmi-bərələrinin istismara verilməsi Mərasimində, Azərbaycanın ilk "Azerspase-1 telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə təbriki və s. mərasimlərdə iştirak etməsindən və nitqlərindən bəhs edilmişdir.
Azərbaycan Respublikası  : Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
Kitabda Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında məlumat verilmişdir.
Əhmədov Teymur (tərtibçi) : Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)
Kitabda Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası  : Babək rayonu
Kitabda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusunun verilməsinə dair qanun və sərəncamlar həmçinin, onlar haqqında statistik məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : Babək rayonu-30
Kitaba "Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı, rayonun tarixi, təbii- iqlim şəraiti, əhalisi, sənayesi, kənd təsərrüfatı və s. haqqında statistik məlumatlar daxil edilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6