Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Təbiət elmləri


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Rzayev Bayram : Əlvan rəngli daşlar
Kitabda hemmologiya elmi, onun qarşısında duran məqsəd və vəzifələr, qədimdən günümüzə qədər hemmologiyada əldə olunan nəticələr, minerallara aid əsas anlayışlar verilmiş, daşların cilalanma üsulları, zərgərliyə dair və zərgərlik metalları haqqında materiallar işıqlandırılmış, məşhur almazlar, brilyantlar, ən nadir qiymətli daşlar və zərgərlik brendləri haqqında məlumatlar yazılmışdır.
Hüseynov Qorxmaz : Gümüş və onun birləşmələri
Kitabda gümüşün dörvi sistem cədvəlində mövqeyi, atom quruluşu, təbiətdə yayılmış mineralları, sənaye və laboratoriyada alınma üsulları, fiziki-kimyəvi xassələri, tətbiqi, mühüm qeyri-üzvi və üzvi birləşmələri, bir sıra kimyəvi elementlərlə əmələ gətirdiyi ikili və üçlü sistemlərin faza tarazlıqları haqqında yığcam məlumatlar şərh edilmişdir.
Qarayev Əhməd : Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi
Monoqrafiya əsasən qurğuşun və onun birləşmələrinin alınması və xassələrinə, Gümüşlü qurğuşun-sink filizindən kollektiv və seçici flotasiya metodu ilə qurğuşun sulfid konsentratının alınmasına, hidrometallurji metodlarla konsentratın işlənməsinə, qurğuşunun bir sıra ikili və üçlü birləşmələrinin su mühitində sintez şəraitinin öyrənilməsinə, qara qurğuşunun alınmasına və s. məsələlərə həsr olunmuşdur.
Rzayev Bayram, Məmmədxanova Aliyə : İndium
Kitab - monoqrafiya iki hissədən ibarətdir. Birinci hissədə indiumun fiziki, kimyəvi xassələrinə, əsas birləşmələrinin alınmasına, eyni zamanda indiumun analitik kimyasına aid materiallar verilmişdir. İkinci hissədə indiumun müasir elektronikada tətbiq oluna bilən üçlü halkogenid birləşmələrinin alınmasına həsr olunmuş yeni üsullarla alınma metodları şərh olunmuşdur.
Rzayev Bayram : Kimya tarixi
Kitabda ən qədim dövrdən - odun kəşfindən başlayaraq, yunan filosoflarının ideyaları, əlkimya, yatrokimya dövrü, flogistom nəzəriyyəsi, inqilab dövrü, XVIII əsrdə eksperimental kimya, XIX əsrin birinci yarısında Rusiyada kimya, XIX əsrin sonunda isə fizika sahəsində edilən kəşflər, partlayıcı və zəhərləyici maddələr, bəşəriyyətin başı üstündə daim fırlanan üç qara bulud - kütləvi qırğın silahları, elementlərin kəşfi və adlarının mənşəyi və s. başlıqlar altında yığcam məlumatlar şərh edilmişdir.
Rzayev Bayram : Kimya tarixi
Kitabda kimyəvi sintezin, quruluş nəzəriyyəsi və stereokimyanın, bütövlükdə analitik kimyanın, metallurgiyanın inkişaf tarixi şərh edilmiş və sənaye kimyası haqqında məlumatlar öz əksini tapmışdır. Burada həmçinin, ən ümdə hadisələr və kəşflərin xronologiyası, kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı da verilmişdir.
Rzayev Bayram, Qarayev Əhməd : Molibden
Kitabda molibden və onun birləşmələrinin alınması və xassələrinə dair, molibdenin minerallarının və onlardan flotasiya üsulu ilə konsentratların alınmasına, konsentratlardan molibden birləşmələrinin və metal molibdenin alınma texnologiyasına dair yığcam materiallar verilmişdir.
Hüseynov Qorxmaz : Nanomaterialların alınma metodları
Kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir-, iki-, və üçölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri haqqında yığcam məlumat verilmişdir. Nanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilmiş və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilmişdir.
Məmmədova Günel : Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri
Kitabda müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, aqressiv mühitə davamlılığı, ion-mübadilə xassələri öyrənilmiş, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanmışdır. Təbii seolitlərin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifatı, nomenklaturası və tətbiq sahələri haqqında yığcam məlumatlar şərh edilmişdir.