Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Təbiət elmləri


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Hüseynəliyev Məmməd : Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası
Monoqrafiyada spektroskopik ellipsometriyanın nəzəri əsasları ətraflı şərh olunmaqla yanaşı, nazik təbəqənin qalınlığının, materialın optik sabitlərinin, səthdə və aralıq qatda komponentlərin faizinin tapılması, yarımkeçirici qarışıqda tərkib analizi məsələlərinə aydınlıq gətirilmişdir.
Məmmədov Vaqif (tərtib edən) : Nəsirəddin Tusi və müasirlik
Kitabda Şərqin böyük dühası Xacə Nəsirəddin Məhəmməd Tusinin çox şaxəli həyat yoluna nəzər salınmış, Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əliyevin ''Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında'' müvafiq fərmanından sonra Azərbaycanda və o cümlədən Naxçıvan Muxtar Respublikasında Tusi irsinə diqqətin daha da artmasından bəhs olunmuşdur.
Eminov Miryasin, Namazov Məhəmməd : Qeyri müəyyən inteqral hesabı
Bu dərs vəsaitində qeyri müəyyən inteqralın tərifi, xassələri, inteqrallama cədvəli və inteqrallama metodları verilmişdir. Buraya bilavasitə inteqrallama metodu daxil edilmişdir. Ardıcıl olaraq rasional, irrasional, triqonometrik ifadələrin inteqrallanması, onların inteqrallanmasında istifadə olunan üsullar, düsturlar və s. verilmişdir.