Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    Kənd və meşə təsərrüfatı


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti
Monoqrafiyada Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarının hüquqi və ekoloji məsələləri haqqında qısa məlumat verilərək, Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi amillərdən ərazinin relyef, geoloji, geomorfoloji quruluşu, iqlim, hidroloji, hidrogeoloji şəraiti, bitki, heyvanlar aləmi, antropogen təsir və b. öyrənilmişdir.
Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikası torpaqlarının ekoloji qiymətləndirilməsi
Monoqrafiyada Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarının hüquqi və ekoloji məsələləri haqqında qısa məlumat verilərək, Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi qiymətləndirilməsinin nəzəri, metodiki və metodoloji məsələləri öyrənilmişdir. Burada həmçinin torpaqları ərazidə eko-coğrafi qiymətləndirmək üçün torpaq fondundan müasir istifadə vəziyyəti, coğrafi yayılması, ehtiyat mənbələri, münbitliyinin pozulmasına təsir edən mənfi təbii və antropogen amillər və onların aradan qaldırılması yolları da tədqiq olunmuşdur.
Hüseynov Xəzər : Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı(1924-2014-cü illər)
Monoqrafiya Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar respublikasında kənd təsərrüfatının 90 ildə keçdiyi inkişaf yolunun tədqiqinə həsr olunub. Əsərdə muxtar respublikanın kənd təsərrüfatının inkişafı problemləri, əldə etdiyi naliyyətlər, ayrı-ayrı dövrlərdə məruz qaldığı tənəzzülün xüsusiyyətləri və onun baş verməsi səbəbləri zəngin statistik materiallardan, müxtəlif dövrlərdə nəşr olunmuş tarixi əsərlərdən, dövrü mətbuatdan, arxiv sənədlərindən və s. mənbələrdən istifadə edilməklə ətraflı şərh olunmuşdur.
Quliyev Əlövsət : Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi
Monoqrafiya Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında 30 ilə yaxın bir müddətdə, stasionar təcrübə, çöl tədqiqatları və laboratoriya analizləri əsasında yazılmışdır.
Hacıyev Sahib, İbrahimova Leyla : Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində torpaq mühitinin qorunması
Monoqrafiyada Arazboyu düzənliyində torpaq münbitliyinin qorunması üçün tədbirlər haqqında məlumat verilir. Tədqiqat işində torpaq mühitinin qorunması məqsədi ilə ərazinin fiziki-coğrafi amilləri, torpaqların aqroekoloji öyrənilməsi tarixi, yayılan torpaq örtüyü, deqradasiya proseslərinin tədqiqi və torpaqlardan, xüsusilə yem bitkiləri altında istifadənin aqrotexniki qaydaları ətraflı şərh olunmuşdur.
Əmirov Rəşadət, Hacıyev Sahib : Naxçıvan Muxtar Respublikasının müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasında müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu haqqında məlumatlar verilir. Bu xəritədə torpaqların tipi, yarımtipi və növ müxtəliflikləri dəqiq göstərilmiş və gələcəkdə Naxçıvan Muxtar Respublikasında torpaqlardan mədəni-təbii bitkilər altında daha səmərəli istifadə etmək üçün istiqamətlər göstərilmişdir.
Şəkuri Bəhruz, Mərdanlı Akif : Naxçıvanda Muxtar Respublikasının ekosistemləri, ekzogen və antropogen proseslərin onlara təsiri, təbii müvazinətin bərpası zərurəti
Naxçıvan Muxtar Respublikasında ekoloji durum, ekosistemlər və onlara təsir edən ekzogen və antropogen amillər, torpaq örtüyü, genetik torpaq tiplərinin səciyyəsi, erroziya prosesinin onlara təsiri monoqrafiyada öz əksini tapmışdır.
Məmmədov E. (tərtib edən) : Şəkər çuğundurunun becərilmə texnologiyası haqqında məsləhətlər
Kitabçada şəkər çuğundurunun becərilmə texnologiyası haqqında məsləhətlər verilmişdir.