By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Təbiət elmləri


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu  : Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı
Təqdim edilən kitab Həsən Əliyev adına Zəngəzur Milli Parkının oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, təbiət abidələri, təbii iqlim şəraiti, landşaftı, hidrologiyası, rekreasiya potensialı, nadir bitki və onurğalı heyvan növlərinin coğrafi yayılması, biologiyası, fitosenologiyası, qorunmanın məhdudlaşdırıcı faktorları və zəruri mühafizə tədbirlərini əhatə edir.
Talıbov Tariyel : Araz su anbarının hidrofaunası
Kitabda eyni adlı çayın yatağı üzərində yaradılmış Araz su anbarının morfometrik, hidroloji, hidrokimyəvi və hidrobioloji xüsusiyyətləri ilə birgə onun zooplanktonu, makrozoobentosu və ixtiofaunasının çoxillik biosenoloji tədqiqinin nəticələri öz əksini tapmışdır.
Əliyeva Afaq : Azərbaycanın yalnız Naxçıvan florasında yayılan bitkilərinin taksonomik tərkibi
Kitab Azərbaycan Respublikasının 5 iri botaniki-coğrafi rayonlarından olan – yalnız Naxçıvan florasında yayılan ali bitkilərinin taksonomik spektrinin tərtibinə həsr olunmuşdur.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  : Görkəmli alim və ictimai xadim, akademik Həsən Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Akademik Həsən Əliyev və Azərbaycanda ekologiya elmi" mövzusunda elmi-praktik konfransın tezisləri
Kitabda akademik H.Əliyevin zoologiya elminin inkişafında rolu, botanikanın inkişafındakı xidmətləri, Azərbaycanda ekologiyanın inkişaf tarixi, torpaqşünaslığın inkişafında rolu, Naxçıvanın təbiətinin tədqiqində ideyaları,ətraf mühitin qorunması və.s haqqında məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası  : Hər kim yüz il yaşamasa...
Kitabda Naxçıvan Muxtar Respublikasının kənd, qəsəbə və şəhərlərində yaşayan yaşı 100-ü keçmiş ağbirçək və ağsaqqallar haqqında məlumat verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  : İbtidai bitkilərin sistematikası fənni üzrə tədris proqramı
Kitabçada "İbtidai bitkilərin sistematikası" fənni üzrə tədris proqramı verilmişdir.
Talıbov Tariyel, Nəsirova Əfruz : Naxçıvan Muxtar Respublikası florası - Campanulaceae Juss
Kitabda Naxçıvan Muxtar Respublikasında yayılmış Zəngçiçəyikimilər fəsiləsinə daxil olan bitkilər, onların sistematik tərkibi, yayılma zonası və əhəmiyyəti haqqında məlumat verilmiş, illüstrativ şəkillərlə növlər göstərilmişdir.
Talıbov Tariyel, Novruzova Enzalə : Naxçıvan Muxtar Respublikası florası - Polypodiophyta
Kitabda Naxçıvan Muxtar Respublikasında yayılmış qıjılar şöbəsinə daxil olan bitkilər, onların sistematik tərkibi, yayılma zonası və əhəmiyyəti haqqında məlumat verilmiş, illüstrativ şəkillərlə növlər göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  : Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri
Kitab Naxçıvan Muxtar Respublikası florasının ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərinin taksonomik spektrinin tərtibinə, floranın əmələ gəlməsi və formalaşmasına, öyrənilmə tarixinə və son dövrlərdə aparılan taksonomik dəyişikliklərə həsr olunmuşdur.
Talıbov Tariyel, İbrahimov Əliyar, İbrahimov Ənvər : Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri
Kitab Naxçıvan Muxtar Respublikası florasının ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərinin taksonomik spektrinin tərtibinə, floranın əmələ gəlməsi və formalaşmasına, öyrənilmə tarixinə və son dövrlərdə aparılan taksonomik dəyişikliklərə həsr olunmuşdur.
1 - 2 - 3 - 4