By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

İbrahimov Hüseyn (redaktor) : Araz - 4. Almanax
Kitabda Naxçıvanda yaşayan yazıçı və şairlərin əsərlərindən seçmələr toplanmışdır.
Eyvazlı Həsənəli : Araz sahilində doğan günəş
Pyesdə Naxçıvana Azərbaycan Respublikası tərkibində Muxtariyyət verilməsi ilə bağlı aparılan siyasi mübarizədən bəhs edilmişdir. 1921-ci ildə bağlanmış "Moskva" və "Qars" müqavilələrinin mahiyyəti bədii dillə əsaslandırılmışdır.
Yaqub Sərxan : Arazın arzusu
Kitabçada 5-ci sinif şagirdi Sərxan Yaqubun müxtəlif mövzulu şeirləri verilmişdir.
Yadigar Asim : Bahar
Kitabda müəllifin "Bahar" poeması verilmişdir.
Əfəndiyev Elçin : Baş (roman)
Psixoloji-fəlsəfi "Baş" romanı müasir postmodernizm ədəbiyyatının parlaq nümunəsidir. İlk baxışdan romanın süjet xətti Bakı xanlığında Rusiya imperiyası işğalçı ordusunun komandanı general Sisianovun başının kəsilməsi və başın Fətəli şah Qacara göndərilməsidir. Ancaq general Sisianovun başının bu "səyahəti" geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Dağıstanda, Rusiyada, Qacarlar səltənətində, Osmanlı imperiyasında, hətta Avropada cərəyan edən hadisələri, insan xarakterlərini təsvir etmək üçün romanda geniş imkan yaratmışdır. Bu möhtəşəm romanda realizm ilə mistikanın vəhdəti böyük ustalıqla işlənmişdir.
Yadigar Asim : Bir nurlu heykəl yarat
Müəllifin bu kitabında Vətənə, bayrağa, təbiətə, məhəbbətə aid şeirləri, həmçinin poema və mənzum dramları toplanmışdır.
Həbib Elman : Bu, mən görən şəhər deyil
Bu kitaba şair-dramaturq Elman Həbibin səkkiz dram əsəri və bir mono-dramı daxil edilmişdir.
Atilla İsgəndər : Cavid (üç hissəli drama)
Tamaşada dramatik hadisələrə uyğun olaraq Ərtoğrul Cavidin musiqi əsərlərindən istifadə edilmişdir.
Babaxanlı Gülbəniz (tərtibçi-müəllif) : Cavid hikməti: seçmə aforizmlər
Hüseyn Cavidin beşcildlik külliyatı əsasında hazırlanmış bu kitabda dahi şairin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözləri və kəlamları ilk dəfə ingilis dilinə tərcümə edilərək oxuculara təqdim olunur.
Həbibbəyli İsa (tərtib edən) : Cəlil Məmmədquluzadə: novellaları
Kitabda görkəmli ədib Cəlil Məmmədquluzadənin novellaları toplanmışdır.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12