By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    Filologiya. Bədii ədəbiyyat


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Mirzəzadə Reyhan : A.S.Qriboyedov: şair-diplomat
Kitabda A.S.Qriboyedovun həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilmişdir.
Mirzəzadə Reyhan : Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov
Kitabda dünya şöhrətli rus yazıçısı, dramaturqu və şairi İvan Andreyeviç Krılovun həyat və yaradıcılığından bəhs olunur.
Məmmədov Adil : Cəlil Məmmədquluzadə və təbabət
Kitabda Cəlil Məmmədquluzadənin əsərlərində askar edilən səhiyyə təşkilinə, sanitariya maarifinə, kadr problemlərinə, tibb təhsilinə, gigiyena, epidemiologiya, yoluxucu, dəri-zöhrəvi, psixi və s.xəstəliklərə, ara həkimləri və elmi təbabətin müxtəlif sahələrinə aid materiallar təhlil olunur.
Kazımova Fərqanə : Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi
Kitabda görkəmli ədəbiyyatşünas - alim Əziz Şərifin ömür yolu, çoxşaxəli fəaliyyəti konkret fakt və arxiv materialları əsasında araşdırılmışdır. Alimin həyat və fəaliyyətinin biblioqrafiyası da tərtib olunaraq monoqrafiyaya əlavə olunmuşdur.
Xəlilov Fərman (tərtib edən) : Məhəmməd Tağı Sidqi: taleyi və sənəti
Kitabda görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin (1854-1903) həyatı, taleyi, mühiti, ədəbi-ictimai və pedaqoji fəaliyyəti, həmçinin bədii yaradıcılığından bəhs edən məqalələr toplanmışdır.
Həbibbəyli İsa (elmi redaktor) : Məmməd Səid Ordubadi taleyi və sənəti
Kitabda görkəmli yazıçı və ictimai xadim Məmməd Səid Ordubadinin (1872-1950) həyatı və yaradıcılığına dair məqalələr toplanmışdır.
Vəhdət S. (toplayanı və tərtib edəni) : Nizaminin hikmət və nəsihətləri
Kitabda Nizami Gəncəvinin poemalarında, istər müəllif sözlərində, istərsə qəhrəmanların dilindən verdiyi beytlərdə həyatın müxtəlif sahələrinə dair, öz dövrünün ictimai, siyasi, əxlaqi normalarına müvafiq çox dərin mənalı fikirləri verilmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi  : Poema və pyeslər
Kitabda uşaq ədəbiyyatına aid poema və pyeslər verilmişdir.
Mirzəzadə Reyhan : Rus klassikləri haqqında
Kitabda 18-20-ci əsrlərdə Rusiya ədəbiyyatının formalaşmasında rolu olan yazıçı və şairlərin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Aleksandr Qriboyedov, Anton Çexov, Maksim Qorki, Vladimir Mayakovski və məşhur pedaqoq Anton Makarenkonun dünya ədəbiyyatına və Azərbaycan ədəbi mühitinə təsiri ilə bağlı maraqlı məlumatların yer aldığı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Axundlu Yavuz : Seçilmiş əsərləri. Azərbaycan tarixi romanı yeni təfəkkür işığında
Bu cilddə Azərbaycan tarixi romanının nəzəri-estetik problemləri haqqında ətraflı bəhs edən müəllif Azərbaycan tarixi romanını ümumdünya ədəbi prosesi fonunda araşdırmış və çağdaş filologiyamızın nailiyyətləri əsasında yeni təfəkkür işığında qiymətləndirilməsi öz əksini tapmışdır.
1 - 2