By the decree of 13-04/S dated February 17.2011 Chairman of the Supreme Majlis of Nakhchivan Autonomous Republic was established Center of Nakhchivan Study.
     

    İctimai və humanitar elmlər


A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Azərbaycan Respublikası  : Azərbaycan 2013-2003.Əsrə bərabər illər(Ordu quruculuğu)
Kitabda 2013-2003-cü illərdə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" istirahət mərkəzinin açılış mərasimində, Sədərəkdə "N" saylı hərbi hissədə, Müdafiə Sənayesi Nazirliyinin Bakı cihazqayırma zavodunun açılışında, Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində və s. mərasimlərdə iştirak etməsindən və həmin yerlərdə söylədiyi nitqlərdən bəhs edilmişdir.
Qurbani Abdulla : Heydər Əliyev adına Hərbi lisey
Kitabda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi məktəbin açılışında Heydər Əliyevin və Vasif Talıbovun çıxışları verilmişdir.
Heydər Əliyev irsi Beynəlxalq Elektron Kitabxanası  : Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik"
Kitaba ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib.
Qurbani Abdulla : Heydər Əliyevlə unudulmaz görüşlər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müqəddəs xatirəsinə ehtiramın təcəssümü olan bu kitab-albom ulu öndərimizin ideyalarına sadiq, Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərinə və ordu quruculuğunda, gənclərin orduya hazırlanmasında, hərbi vətənpərvərlik işinin təşkilində xidməti olanlara hədiyyədir.
Qurbani Abdulla : Mən sərkərdə olacağam
Bu kitab-albomda Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına hərbi liseyin 2005-ci il məzunlarının çıxışları verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası
Kitabda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, fövqəladə hallar üzrə komissiyaların üzvləri, eləcə də tədqiqatçılar üçün nəzərdə tutulan məlumatlar toplanmışdır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  : Sərkərdə ömrü
Kitabda Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı, Cəmşid Naxçıvanskinin məktub və məqalələrindən seçmələr və görkəmli hərb xadimlərinin onun haqqındakı fikirləri verilmişdir.