-İnternet vasitəsilə elektron kitabxanadan istifadə -Kitabxana daxilində elektron kataloqdan istifadə -Kitabxana fondunda olan ədəbiyyatlardan və digər vasitələrdən istifadə
Oxu və dövri mətbuat zalında 36 oxucu yeri vardır. Zalda müxtəlif sahələr üzrə ədəbiyyatlar, jurnallar və qəzetlər saxlanılır. Zala 23 adda qəzet, 18 adda jurnal Azərbaycan və rus dillərində alınır. Oxu və dövri mətbuat zalında internetdən istifadə imkanı vardır.
-Elektron oxu zalı
Elektron oxu zalında 6 oxucu, 1 nəzarətçi yeri vardır. Kitabxanada qlobal internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. Zalda 5 ədəd kompyuter dəsti və arxiv fondda olan DVD və CD-lərdən istifadə etmələri üçün digər elektron avadanlıqlar oxucuların ixtiyarına verilərək aşağıdakı xidmətlər təklif olunur:
-Elektron katoloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan istifadə etmək;
- Elektron katoloq vasitəsilə mərkəzin arxiv fondunda olan sənədlər, əlyazmalar, video materiallar, audio materiallar, fotolar və xəritələrdən istifadə etmək;