Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  24.06.2015

   24 iyun 2015-ci il tarixində kitabxanada "Kitabxana Günü"nə həsr edilmiş "Oxucuların elektron qeydiyyatının aparılması" adlı məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır.Qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova "Oxucuların elektron qeydiyyatının aparılması" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda qeyd edilmişdir- kitabxanaya müraciət edən oxucu hansı mərhələlərdən keçməli, hansı sənədləri qeydiyyat bölməsinə təqdim etməlidir. Kitabxanaya gələn 15 yaşından yuxarı hər bir oxucu oxucu bileti almalıdır. Oxucu kitabxanaya üzv olmaq istəyirsə mütləq şəxsiyyət vəsiqəsi və bir ədəd şəkil gətirməlidir. Şəxsiyyət vəsiqəsinə əsasən qeyd kartoçkası yazılır. Qeyd kartoçkasında olan bütün məlumatlarla tanış olan oxucu imza etdikdən sonra oxucu bileti alır. Bütün bunlarla yanaşı oxucunun elektron qeydiyyatı da aparılır. Qeydiyyat bölməsi pəncərəsində kitabxanaya üzv yazılan yeni oxucu haqqında bütün məlumatlar yazılır. Oxucular əlifba sırası ilə sıralanır.Hər hansı oxucunu tapmaq üçün sıra nömrəsi, soyadı və adı üzrə axtarış aparmaq mümkündür. Bunun üçün "Oxucu seç" pəncərəsini açıb axtar düyməsi vurulur. Tədbirdə 32 nəfər iştirak etmişdir.