Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Kənd Təsərrüfatı İli"
  23.6.2015

   23 iyun 2015-ci il tarixində kitabxanada "Kənd Təsərrüfatı İli" ilə əlaqədar kitabxananın fondunda olan kənd təsərrüfatına aid aktual mövzulu əsərlərin biblioqrafik icmalı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Kənd Təsərrüfatı İli" ilə bağlı respublikada aparılan işlər haqqında geniş məlumat vermişdir.Çıxışda ilk öncə "Kənd Təsərrüfatı İli" ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi sərəncamlar haqqında,“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” haqqında məlumat verilmişdir.Qəbul edilmiş Dövlət proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabət apara bilər. Sonra Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova kənd təsərrüfatına aid kitabxananın fondunda olan aktual mövzulu əsərlər haqqında məlumat vermişdir. Tədbirin sonunda "2015-Kənd Təsərrüfatı İli" adlı sərgiyə baxış keçirilmişdir.Tədbirdə 32 nəfər iştirak etmişdir.