Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  22.6.2015

   22 iyun 2015-ci il tarixində kitabxanada "Yeni kitablar" adlı daimi sərgi daha yeni kitablarla zənginləşdirilmişdir. Sərgidə 28 yeni kitab nümayiş edilmişdir.Sərgidə İlham Əliyev “İnkişaf –məqsədimizdir” adlı kitabın 21 cildi,Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 90 ildə, Naxçıvan tarixi I-IIc., Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri, Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların Ekomeliorativ qiymətləndirilməsi, Naxçıvan Muxtar Respublikasının geoloji-geofiziki və faydalı qazıntılar xəritələri Atlası, Ələkbər Cabbarlının “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, Şükür Məmmədovun “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi”, Qənbər Şəmşiroğlunun “Caninin etirafı”, “Nigaranam”, Aşıq Şəmşirin “Dədə öyüdləri” I-IIc.,“Səməd Vurğun və Aşıq Şəmşir dastanı”, Asif Şirəliyevin “Naxçıvan Muxtar Respublikasının sənayesi”, Afaq Məsudun “Seçilmiş əsərləri” I-IIc., Həmid Arzulunun “Qara xəncər", “Günahsız şikəstlər”, “Qaçaq Quşdan”, Südabə Məmmədovanın “Naxçıvan Muxtar Respublikasında istedadlı şagirdlərlə aparılan işlər”, Ataxan Paşayevin “Molla Nəsrəddin”: dostları, düşmənləri, Sədaqət Nemətovanın “Naxçıvan Muxtar Respublikasının kitabxana informasiya təminatı sistemi”, Ramiz Əliyev, Gültac Əliyevanın “Mühit. İdeologiya. Şəxsiyyət”, Элмира Ахундова «Гейдар Алиев личность и эпоха», Çingiz Aytmatovun “Türk ruhunun qələbəsi”, Elbəyi Maqsudovun “Təmsillər", “Sözlər də insan kimidir”, Sadıq Zeynaloğlunun “Tarixin qanlı yaddaşı” adlı kitablar nümayiş edilmişdir.Sərgi daimidir, kitabxanaya yeni kitab gəlişi ilə əlaqədar ilboyu zənginləşdirilir və nümayiş edilir.