Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi
  2.6.2015

   02 iyun 2015-ci il tarixində kitabxanada Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə "Bəxtiyar Vahabzadə-90" adlı sərgi təşkil edilmişdir. Sərgidə 24 kitab nümayiş edilmişdir.Sərgidə B. Vahabzadənin “Seçilmiş əsərləri” Ic.-IIc., “Gəlin açıq danışaq”, “Payız düşüncələri”, “Sadəlikdə böyüklük”, “İstiqlal”, “Şənbə gecəsinə gedən yol”, “Səməd Vurğun”, “Vətən ocağının istisi”, “Nağıl həyat”, “Seçilmiş əsərləri”, “Sənətkar və zaman”, “Gülüstan”, “Vətəndaş”, “Axı dünya fırlanır”, “Özümlə söhbət”, “Bir baharın qaranquşu”, “Açıq söhbət”, “Dan yeri”, “Dörd yüz on altı”, “Mənim dostlarım” və s. kitablar nümayiş edilmişdir. Sərgi sentyabr ayının sonunadək nümayiş ediləcək.