Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Qələbənin 70 illiyi
  6.5.2015

   06 may 2015-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan şəhər 500№ li hərbi hissədə Qələbənin 70 illiyinə həsr edilmiş konfrans keçirmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmış, "Qələbə-70" adlı məruzə ilə çıxış etmişdir. İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva "Naxçıvan Böyük Vətən Müharibəsi illərində", Naxçıvan şəhər 500№ li hərbi hissədən polkovnik leytenant Fariz Sərxanov "Böyük Vətən Müharibəsi qəhrəmanları" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, Böyük Vətən Müharibəsi illərində minlərlə oğul və qızlarımız silaha sarılaraq Vətənin müdafiəsinə getmişdir. Onlar canlarını əsirgəmədən cəbhələrdə və partizan dəstələrində vuruşmuş, minlərlə yaralı əsgəri döyüş meydanından çıxararaq ölümün pəncəsindən xilas etmişlər. Döyüş qəhrəmanları böyük xidmətlərinə görə Vətənin yüksək orden və medalları ilə təltif edilmişdir. Ön cəbhələrdə şiddətli döyüşlərin davam etdiyi bir vaxtda arxa cəbhədə Naxçıvanlılar "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı ilə işləyirdilər. Tədbirin sonunda hərbi hissənin əsgərləri "9 May Qələbə Günü" adlı sərgi ilə tanış oldular. Tədbirdə 50 nəfər iştirak etmişdir.