Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Qələbənin 70 illiyi
  6.5.2015

   06 may 2015-ci il tarixində kitabxanada Qələbənin 70 illiyi münasibətilə konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Faşizm üzərində qələbənin 70 illiyi" adlı məruzə ilə çıxış etmişdir. Komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Naxçıvan Böyük Vətən Müharibəsi illərində", kitabxanaçı Turanə Quliyeva "Naxçıvan qadınları Böyük Vətən Müharibəsi illərində" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, Böyük Vətən Müharibəsinin ağır illəri həm ön cəbhəyə, həm də arxa cəbhəyə öz təsirini göstərərək SSR-nin digər xalqları kimi , Azərbaycan xalqına da ölüm, itki gətirdi.Güclü vətənpərvərlik ideologiyası ilə silahlanan oğul və qızlarımız öz inadkarlığı, dönməzliyi, Vətənə sadaqətləri ilə fərqlənərək, müharibə boyu böyük hünər və sonsuz şücaətlər göstərirdilər.Onlar azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 416-cı və 402-ci diviziyalarda döyüş əməliyyatlarında mərdlik və cəsarət nümunəsi göstərərək işğal olunmuş ərazilərin azad edilməsində yaxından iştirak ediblər. Qeyd olunmuşdur ki, müharibə başlayandan qısa müddət ərzində respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 müdafiə batalyonu təşkil olunub, 700 minə yaxın insan müharibəyə yola salınıb.Bildirilmişdir ki, arxiv sənədlərində o zaman Naxçıvanda yaşayan əhalinin hər 4 nəfərindən birinin, yəni 126 min nəfərin 30 min nəfərdən çoxunun müharibəyə yollandığı göstərilir. Gedənlərin yarısından çoxu geri qayıtmayıb. Naxçıvandan 3 döyüşçü – Nəcəfqulu Rəfiyev, Abbas Quliyev və Qəzənfər Əkbərov “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, Akim Abbasov isə müharibədən general rütbəsi ilə Vətənə qayıdıb. Ümumiyyətlə, 8 nəfər Lenin ordeni, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsi, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 42 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunub. Tədbirin sonunda slayd nümayiş edilmiş və "9 May Qələbə Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 40 nəfər iştirak etmişdir.