Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü
  2.4.2015

   02 aprel 2015-ci il tarixində kitabxanada "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü"nə həsr edilmiş konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Baş kitabxanaçı Leyla Qənbərova "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" adlı məruzə ilə çıxış etmişdir. Kitabxanaçılar Nuray Paşayeva "Kitab bilik mənbəyidir", Sitarə Salayeva "Kitab misilsiz xəzinədir" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, uzun əsrlər boyu bəşəriyyətin kəşf etdiyi müxtəlif informasiya mənbələrinə, bu günün elektron, internet imkanlarına baxmayaraq, kitab əsas bilik mənbəyi olaraq qalmaqdadır. Kitab tarixən ciddi mənəvi, ideoloji, bədii, əxlaqi tərbiyəvi məzmun kəsb edən qüdrətli vasitədir. Çox oxuyan, mütaliə edən insan çox bilir, geniş dünyagörüşünə malik olur, cəmiyyətdə özünün layiqli yerini tapır. Azərbaycan həmişə yüksək bilikli, mütaliəyə, kitaba maraq göstərən insanların vətəni olub. 1995-ci il aprel ayının 2-də Beynəlxalq Sülh şurasının qərarı ilə uşaq yazıçısı H.Andersenin 15o illik yubileyi keçirildi. Qərara alındı ki, həmin tarix Beynəlxalq Uşaq Ədəbiyyatı günü kimi hər il qeyd olunsun. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirin sonunda "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 40 nəfər iştirak etmişdir.