Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  29.3.2015

   29 mart 2015-ci il tarixində kitabxanada "Kitabxana Günü" münasibətilə "Metodika və biblioqrafiya şöbəsinin iş prinsipləri" adlı məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova "Metodika və biblioqrafiya şöbəsinin iş prinsipləri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışda şöbənin gördüyü işlər, metodiki fəaliyyətin formaları, elmi-metodiki tövsiyyələr, elmi-metodiki xarakterli məktub və vəsaitlər, Muxtar Respublikanın şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları arasında müntəzəm əlaqə və s. haqqında məlumat verilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.