Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Teatr Günü
  19.3.2015

   19 mart 2015-ci il tarixində kitabxanada "Beynəlxalq Teatr Günü" münasibətilə yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Dünya teatrının bayramı" adlı mövzu ilə çıxış etmişdir. Bildirilmişdir ki, YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə hər il martın 27-si beynəlxalq teatr günü kimi qeyd olunur. Teatr bədii yaradıcılığın başqa növləri kimi gerçəkliyi, insanların gerçək aləm və bir-birinə münasibətlərini əks etdirir, həyatın bədii inikasını yaradır. Teatr sənətinin təşəkkülü bəşəriyyətin inkişaf tarixi, zehni-mənəvi axtarışları ilə bağlıdır. Teatr xalqın estetik, mənəvi və siyasi tərbiyəsində mühüm rol oynayır. Tədbirdə musiqi-not şöbəsinin oxucuları iştirak etmişdir. Tədbirdə 28 nəfər iştirak etmişdir.