Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Teatr Günü
  10.3.2015

   10 mart 2015-ci il tarixində kitabxanada Milli Teatr Gününə həsr edilmiş konfrans keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxananın direktoru Aytəkin Qəhrəmanova açmışdır.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Azərbaycan Milli Teatrının inkişaf yolları", kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Milli Teatrın təşəkkülündə Naxçıvan Teatrının rolu" adlı məruzə ilə çıxış etmişdir.Böyük kitabxanaçı Sevda Rzayeva "Azərbaycan Opera və Balet Teatrı" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətinin inkişafında da mühüm işlər həyata keçirildi.Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. Milli teatrın fəaliyyətində canlanma başladı. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi.İşinin həddindən artıq çoxluğuna baxmayaraq Heydər Əliyev teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb, teatr sənəti barəsində dərin məzmunlu fikirlərini söyləmişdir.Tədbirin sonunda Milli Teatr Günü ilə bağlı slayd nümayiş edilmiş və videolara baxış keçirilmişdir.Tədbirə musiqi-not şöbəsinin oxucuları dəvət edilmişdir.Tədbirdə 36 nəfər iştirak etmişdir.