Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Qadınlar Günü
  6.3.2015

   06 mart 2015-ci il tarixində kitabxanada 8 Mart "Beynəlxalq Qadınlar Günü"nə həsr edilmiş tarix elmləri üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın "Nəsillərə örnək: Azərbaycan qadını" kitabının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Dövlət başçıları, sərkərdə və diplomat qadınlar",komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Azərbaycanın qəhrəman qadınları", informasiya bölməsinin müdiri Nuridə Səfərova "Azərbaycanın şairə qadınları" adlı mövzularla çıxış etmişdir. Sonra əsərin müəllifi Sevinc Abbasova kitabın yaranması haqqında qısa məlumat vermişdir. Tədbirin sonunda Naxçıvan Universitetinin tələbələri Beynəlxalq Qadınlar Günü münasibətilə şeirləri bədii qiraət etmiş, xatirə şəkilləri çəkilmişdir. Kitabxananın 9 nəfər işçısı əmək fəaliyyətlərinə görə kitabxananın direktoru tərəfindən "Fəxri fərman"la təltif olunmuşdur. Tədbirə Turizm şöbəsinin müdiri Gülbuta Babayeva, Naxçıvan Universitetinin müəllim və tələbələri, fəal oxucular dəvət olunmuşdur. Tədbirdə 42 nəfər iştirak etmişdir.