Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xocalı əsrin faciəsi
  25.2.2015

   25 fevral 2015-ci il tarixində kitabxanada “Xocalı əsrin faciəsidir” adlı konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova açmışdır. Kitabxananın zal müdiri Mehriban Qulamova “Xocalı – qan yaddaşımız” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı zamanı əsas hədəflərdən biri də Xocalı olub. Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. 1992-ci il fevral ayının ortalarından başlayaraq bu qədim oğuztürk yurdu erməni silahlıları tərəfindən mühasirəyə alınıb hər gün ağır texnika ilə atəşə tutulurdu. Fevralın 25-dən 26-na keçən gecə Xocalıda günahsız insanlar, dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilib. Bildirilib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq dünyanın bir çox parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bir sıra parlamentlər isə bu barədə xüsusi bəyanatlar qəbul ediblər.Sonra xidmət şöbəsinin müdiri Dilarə Əliyeva "Xocalı -əsrin faciəsi", böyük kitabxanaçı Sevda Rzayeva "Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş ağır cinayətdir" adlı mövzu ilə çıxış etmişdir.Tədbirdə Özəl Universitetin tələbələri və 12 saylı orta məktəbin I sinif şagirdi Dilarə Rəhimli Xocalıya aid şeirləri bədii qiraət etmişlər. Elektron lövhədə slaydın nümayişi olmuşdur. Tədbirin sonunda kitabxanada təşkil edilmiş "Xocalı soyqırımı" adlı sərgiyə baxış olmuşdur.Tədbirə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Natəvan Qədimova, Özəl Universitetin müəllim və tələbələri dəvət edilmişdir. Tədbirdə 45 nəfər iştirak etmişdir.