Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Ana Dili Günü
  20.2.2015

   20 fevral 2015-ci il tarixində kitabxanada Beynəlxalq Ana Dili Gününə həsr edilmiş "Dilimiz varlığımızdır" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirmişdir ki, Ana dilimiz milli varlığımızın ən önəmli atributudur, milli kimliyimizin ən dəqiq göstəricisi, qan yaddaşımız, milli sərvətimizdir. Şəninə nə qədər sözlər, ibarələr desək azdır, çünki ana dilimiz bizim yaşam qaynağımız, həyat eşqimiz, mənliyimizdir. Ana dilimiz tarixin müxtəlif dönəmlərində güclü təsirlərə məruz qalıb, onun dünya dilləri ailəsindən sıxışdırılıb çıxarılmasına cəhdlər göstərilib. Bəzən buna nail də olunub, işlək dairəsi məhdudlaşdırılıb,bu dildə danışan ziyalılarımıza yuxarıdan aşağı baxılıb. Dilimizin gözəlliyini heç bir dildə tapmaq olmaz.Elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova "21 Fevral Beynəlxalq Ana Dili Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Böyük kitabxanaçı Nəcibə Quliyeva "Dilimiz varlığımızdır" adlı mövzu ilə çıxış etmişdir. Böyük kitabxanaçı Vəsilə Cəfərova xalq şairi B.Vahabzadənin "Ana dili" adlı şeirini bədii qiraət etmişdir. Tədbirin sonunda "Beynəlxalq Ana Dili Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.