Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xocalı Soyqırımı
  17.2.2015

   17 fevral 2015-ci il tarixində kitabxanada "Xocalı Soyqırımı" adlı sərgi təşkil edilmişdir. Sərgidə 28 kitab nümayiş edilmişdir.Sərgidə Hüseyn Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni”, Ataxan Paşayevin “XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar”, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın”,Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, Vilayət Quliyevin “Azərbaycanda erməni zülmü”, Mirmehdi Seyidovun “Mərdlik ölən deyil”, İ.Vəlizadə, B.Muradovun “Ermənistan Azərbaycanlılarının soyqırımı”, Vaqif Məmmədovun “Unutsaq unudularıq”, Nizami Məmmədovun “Erməni təcavüzü və tarixi həqiqətlər”, Niyaz Zeynalovun “İki ay erməni əsirliyində”, Abdulla Mustafayevin “Ermənistanın soyqırım və departasiya siyasətində Naxçıvan", Elman Cəfərlinin “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”, Mirzəli Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər”, Məhərrəm Zülfüqarlının “Şamaxı soyqırımı 1918”, Cəlal Əliyev, Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, "Erməni terroru", "Qarabağ", "Soyqırım analardan başlanır", "Xocalı Soyqırımı 20 il" və s. kitablar nümayiş edilmişdir. Sərgi fevral ayının sonunadək nümayiş ediləcək.