Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Ana Dili Günü
  17.2.2015

   17 fevral 2015-ci il tarixində kitabxanada "Beynəlxalq Ana Dili Günü ” adlı stolüstü sərgi təşkil edilmişdir. Sərgidə 24 kitab nümayiş edilmişdir. Sərgidə Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan Dili", Salatın Əhmədovanın “Heydər Əliyevin dil siyasəti”, Müasir Azərbaycan dili Ic. -IVc., Azərbaycan ədəbi dili tarixi Ic-IIc.,Telman Quliyevin “Milli-mədəni irs və dil amilinə kulturoloji baxış”, Nizami Xudiyevin “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, Əli Rza Xələflinin “Dilimiz, varlığımız”, Elbəyi Maqsudovun “Poetik praktik Azərbaycan dili”, Afaq Qurbanovun “Ümumi dilçilik”, Aybəniz Kəngərlinin “Turanın bir eli var və yalnız bir dili var!”, Ağamusa Axundovun “Ümumi dilçilik”, Y.Kərimovun “Ana dilinin tədrisi metodikası”, Sevindik Vəliyevin “Azərbaycan dilinin tədrisi məsələləri”, Yusif Seyidovun “Azərbaycan dili”, Elməddin Əlibəyzadənin “Azərbaycan dilinin tarixi”, Məmmədağa Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları”, Səhlabın “Dillər gözəli dilim” və s. kitablar nümayiş edilmişdir.Sərgi fevral ayının 25-nədək nümayiş ediləcək.