Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kənd Təsərrüfatı İli
  5.2.2015

   05 fevral 2015-ci il tarixində kitabxanada Kənd Təsərrüfatı İlinə həsr edilmiş "Əmək və hünər nəğmələri" adlı ədəbi-musiqili gecə keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Əmək və hünər nəğmələri" adlı mövzu ilə çıxış etmişdir. Çıxışda bildirilmişdir ki, əmək mahnıları xalq mahnı yaradıcılığının ən ibtidai növlərindəndir. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhval-ruhiyyə yaratmağa çalışmışlar. Azərbaycan xalq əmək mahnıları xalq musiqimizin əsas janrlarından biri kimi ən qədim dövrlərdən başlayaraq əsrlərdən-əsrlərə keçib bu günümüzə gəlib çatmışdır. Onlar püxtələşmiş, formalaşmış xalq musiqi nümunələrinə çevrilmişdir. Xalqımızın sadə zəhmət adamları, onların əmək qəhrəmanlığı həmişə bəstəkarların yaradıcılıgında əsas yer tutmuşdur. S. Rüstəmovun "Sürəyya", R.Mirişlinin "Qızqayıt", "Çoban tütəyi", "Lənkəranın qızları", "Pambıqçı qızlar" və s. mahnılarda əmək adamlarının portreti yaradılmışdır. Elektron lövhədə əməyə aid nəğmələr dinlənildi və slayd nümayiş edildi. Tədbirin sonunda "Kənd Təsərrüfatı İli-2015" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 35 nəfər iştirak etmişdir.