Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   20 Yanvar Ümumxalq Hüzn Günü
  16.1.2015

   16 yanvar 2015-ci il tarixində kitabxanada 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş "Şəhidlər unudulmur" mövzusunda konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Böyük kitabxanaçı Nuriyyə Cəfərova "20 Yanvar-tariximizin qanlı səhifəsi" adlı məruzə ilə çıxış etmişdir. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "20 Yanvar-Şərəf və Qürur günümüzdür", kitabxanaçı Gülşən Allahverdiyeva "Torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını və azad yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu ağrılı-acılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Ancaq əfsuslar olsun ki, başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk siyasi-hüquqi qiymət verildi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 1990-cı ilin 20 Yanvarı elə şanlı tarixdir ki, qərinələr, əsrlər keçsə də, xalqımızın yaddaşından silinməyəcək, həmişə yad ediləcəkdir. Tədbirin sonunda elektron lövhədə videofilmə və "20 Yanvar" adlı sərgiyə baxış keçiridi.Tədbirdə 38 nəfər iştirak etmişdir.