Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  28.11.2014

   28 noyabr 2014-cü il tarixində kitabxanada "Kitabxana Günü" münasibətilə "Abonement şöbəsinin PROLİB proqramında iş prinsipləri" adlı məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəklin Qəhrəmanova açmışdır. Abonement şöbəsinin müdiri Azadə Qədimova "Abonement şöbəsinin PROLİB proqramında iş prinsipləri" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, Abonement şöbəsi açıq rəf üsulu ilə işləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının avtomatlaşdırılması ilə əlaqədar olaraq abonement şöbəsində görülən bütün iş prosesi PROLİB proqramında 6 menyu üzrə elektron variantla həyata keçirilir. İnternetdən istifadə oxucularımıza xidmət sahəsində şöbəmizin imkanlarını daha da artırmış, az vaxt ərzində oxucuya daha çox informasiya vermək mümkün olmuşdur. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 30 nəfər iştirak etmişdir.