Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   İlyas Tapdığın anadan olmasının 80 illiyi
  28.11.2014

   28 noyabr 2014-cü il tarixində kitabxanada Azərbaycanın görkəmli şairi İlyas Tapdığın anadan olmasının 80 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır.Ədəbi hissədə Komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "İlyas Tapdığın həyat və yaradıcılığı", Xidmət şöbəsinin müdiri Dilarə Əliyeva "İlyas Tapdıq-80" adlı mövzularla çıxış etmişdir.Çıxışlarda bildirilmişdir ki, ədəbiyyata əllinci illərdə gələn, 60-70-ci illərdə bir şair kimi sevilən, tanınan, 80-90-cı illərdə isə yaradıcılığının kamillik mərhələsinə qədəm qoyan İlyas Tapdığın 80 yaşı tamam olur. Bu illər ərzində onun Azərbaycan dilində 30-a yaxın şeir və tərcümə, rus dilində isə 9 şeir kitabı işıq üzü görüb. Elə ilk şeirlərindən o, ənənəvi şeirə, saz-söz dünyasına bağlılığı ilə diqqəti cəlb etdi, şeirlərində Azərbaycan təbiətinin gözəlliklərini, onun şanlı tarixi keçmişini, qəhrəman oğullarını, söz-sənət dahilərini, insanların mənəvi dünyasını, bu illərin reallığını qələmə almışdır. İlyas Tapdıq həm də gözəl uşaq şairidir.O, bu şeirlərində çox sadə, anlaşıqlı, şirin dillə balacaların dünyasına yol tapır, onları düşündürən suallara cavab verir. Tədbirin bədii hissəsində elektron lövhədə şairlə görüş videosuna baxış keçirilmiş və şeirləri dinlənilmişdir. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.